İctimai iaşə və pərakəndə ticarət fəaliyyəti sahəsində gəlirlərin və xərclərin uçotunun aparılması qaydası təsdiqlənib

2017-04-20 | Vergilər | 1050

Prezident İlham Əliyev "İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın və "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

"APA-Economics"in məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Fərmana əsasən, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Bundan başqa, Nazirlər Kabinetinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Nazirlər Kabineti bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Vergilər Nazirliyi isə bu fərmanın 1-ci və 2-ci hissələri ilə təsdiq edilmiş hər iki qaydanın tələblərinə vergiödəyiciləri tərəfindən ciddi əməl olunmasına nəzarətin həyata keçirilməsini təmin etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Fərmana əsasən, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi ilə razılaşdırmaqla, bu fərmanın 1-ci və 2-ci hissələri ilə təsdiq edilmiş hər iki qaydanın 7-ci hissəsində nəzərdə tutulan ciddi hesabat blanklarının formasını bir ay müddətində təsdiq etməlidir.

Fərmanda Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Mənbə: http://apa.az

Vergilər bölümünün son xəbərləri

2020-05-21 | Vergi ödəyicilərinin hesabatlılığı
2020-05-16 | İqtisadiyyat Nazirliyi vergi ödəyicilərinə xəbərdarlıq edib
2020-05-16 | Vergi ödəyicilərinin qəbulu əvvəlcədən onlayn növbə tutmaqla həyata keçiriləcək
2020-05-16 | ƏDV-nin geri qaytarılması
2020-05-16 | ƏDV-ni geri alan istehlakçı malı necə geri qaytara bilər?
2020-05-15 | ƏDV-nin müəyyən hissəsini geri əldə etmək üçün nələrə diqqət yetirilməlidir?
2020-05-05 | Xüsusi karantin rejimi ilə əlaqədar vergi hesabatlarının təqdim edilməsi müddətləri uzadılıb
2020-05-04 | Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi müəyyən edilib
2020-05-02 | Məcburi dövlət sosial sığorta haqqının dərəcələri azaldılır.
2020-05-01 | Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq edilir

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!