Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik edib

2017-01-20 | Vergilər | 2790

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında ölkə prezidentin fərmanından irəli gələn tapşırıqların, habelə Vergilər Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş "Vergi sahəsində aparılan islahatların tətbiqi ilə bağlı Tədbirlər Planı"nın icrası ilə bağlı Nazirliyin Kollegiyasının qərarı ilə bir sıra sənədlərin formaları və tərtib edilməsi qaydaları, o cümlədən "Vergi Məcəlləsinin 149.1.3-cü maddəsində göstərilən qeyri rezident şəxsin təyin etdiyi vergi agenti barədə arayış" forması, "Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat" forması və tərtib edilməsi qaydaları, "Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi"nin forması, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" forması, "Daşınmaz əmlakın icarəsi ilə bağlı aparılmış notariat əməliyyatları barədə məlumat" forması, "Səhmlərinin və paylarının nəzarət zərfi dövlətə məxsus olan dövlət (büdcə) təşkilatları onlara dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlər barədə məlumat" forması təsdiq edilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bundan başqa, vergilər nazirinin əmri ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən irəli gələn məsələlərin həlli, vergi nəzarətinin səmərəliliyinin artırılması, təhlil bazasının genişləndirilməsi məqsədilə mövcud bəyannamələrə, hesabatlara, onların əlavələrinə və tərtib olunması qaydalarına dəyişiklik edilib, bir sıra bəyannamələrə yeni əlavələr təsdiq olunub. Əlavə Dəyər Vergisi, mənfəət, gəlir, torpaq, mədən, yol, sadələşdirilmiş vergilərin, onların əlavələrinin, habelə ödəmə mənbəyində tutulan vergi və aksiz bəyannaməsinin formaları və tərtib edilmə qaydaları yeni redaksiyada təsdiq edilib.

"Qeydiyyata alınmayan qeyri rezidentə ödənilmiş məbləğə hesablanmış ƏDV-nin bəyannaməsi", "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi", "Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan verginin bəyannaməsi", "Dövlət rüsumunun tutulması haqqında hesabat", "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannaməsi", "Xüsusi notariusun gəlir vergisi bəyannaməsi", "Daşınmaz əmlak təqdim edə şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi", "Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi", "Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi" və bir sıra başqa bəyannamələrin formaları və onların tərtib edilməsi qaydaları da qəbul olunub.

Normativ-hüquqi aktlara dəyişikliklər bağlı ətraflı məlumat, habelə yeni bəyannamə formaları və onların tərtib edilmə qaydaları Vergilər Nazirliyinin rəsmi saytında (www.taxes.gov.az) yerləşdirilib.

Mənbə: http://apa.az/iqtisadiyyat-xeberleri/sahibkarliq-fealiyyeti/vergiler-nazirliyi-beyanname-formalarina-deyisiklik-edib.html

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!