Maliyyə Nazirliyi və ARPA arasında Anlaşma Memorandumu imzalandı

2016-01-17 | Mühasibat uçotu | 2789

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 4.3.6-cı maddəsinə əsasən mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi məqsədi ilə peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq edir.

2017- ci il 13 yanvar tarixində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında Anlaşma Memorandumu imzalanmışdır.

Memorandumun əsas məqsədi Dünya Bankı və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmiş "Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi" (CAPSAP) çərçivəsində aparılmış islahatların davamı olaraq Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində peşəkar karyeralarını qurmaq və potensiallarını tam olaraq reallaşdırmaq istəyən şəxslərin bilik səviyyələrinin və maliyyə hesabatlarının keyfiyyətinin artırılması sahəsində həyata keçirilən tədbirlərin Maliyyə Nazirliyi və ARPA tərəfindən birgə əlaqələndirilməsidir.

"Anlaşma Memorandumu"nda ARPA-nın həyata keçirdiyi tədbirlərin, habelə Mühasiblərin Peşəkar Sertifikasiya Proqramının (MPS) Maliyyə Nazirliyi ilə razılaşdırılması və Nazirlik tərəfindən dəstəklənməsi, mühasibat uçotu sahəsində qəbul edilmiş normativ hüquqi aktların, onların tətbiqi ilə bağlı izahedici materialların, habelə bu sahədə baş vermiş yeniliklərin mətbu orqanlarda və internet səhifələrində dərc etdirilməsi də nəzərdə tutulur.

Mənbə: http://arpa.org.az

Mühasibat uçotu bölümünün son xəbərləri

2024-04-03 | İllik mühasiblər forumunun keçirilməsi üçün ilkin görüş baş tutub
2024-01-23 | Bakıda II Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək
2024-01-23 | Azərbaycanda orta sahibkarlar bu ildən elektron mühasibat uçotuna keçməli olacaq
2024-01-23 | Azərbaycanda “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlar dəyişib
2022-12-09 | Müəssisələr vergi hesabatları ilə yanaşı, mühasibat uçotunun da hesabatlarını təqdim etməlidirlər
2021-02-04 | Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları təsdiqlənib
2021-02-03 | Peşəkar Mühasib Sertifikasiyası imtahanı ilə bağlı sual-cavab MÖVZUSUNDA VEBİNAR
2021-01-29 | Uçot və hesabatlılıq sistemi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən qurulmalıdır
2021-01-08 | Mühasibat uçotu haqqında qanunda dəyişiklik edildi
2020-07-07 | TTA STANDARTI: VERGİ MƏCƏLLƏSİ İLƏ IFRS-İN QARŞILAŞDIRILMASI MÖVZUSUNDA VEBİNAR

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!