Maliyyə Nazirliyindən xəbərdarlıq

2016-04-02 | Mühasibat uçotu | 1039

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilmişdir. Adı çəkilən Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatların elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatları təqdim etmək mümkündür.

Qeyd edək ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

Mənbə: http://marja.az/marjaplus/qht-v-beyn-lxalq-t-skilatlar/item/195701-maliyy%C9%99-nazirliyind%C9%99n-x%C9%99b%C9%99rdarl%C4%B1q.html

Mühasibat uçotu bölümünün son xəbərləri

2020-04-24 | Nağdsız hesablaşmalar haqqında qanunda dəyişikliklər nəzərdə tutulub.
2020-03-09 | Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
2020-09-03 | Nağdsız hesablaşmalar
2020-02-28 | Balansdan silinən əsas vəsaitlərə görə verginin hesablanması
2020-01-24 | Peşəkar mühasiblərin Beynəlxalq Etika Məcəlləsi mövzusunda ödənişsiz seminar
2020-01-24 | Mühasibin hüquqları, vəzifələri və məsuliyyəti
2019-12-21 | Kassa çeklərində məlumatların sayı arta bilər
2019-12-10 | Bakı Hesabat Mərkəzi bir yaşını qeyd edib
2019-11-30 | İlkin uçot sənədlərində əməliyyatların baş verməsi tarixinin müəyyən edilməsi
2019-11-19 | Əsas vəsaitlər

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!