Vergilər: Cərimə kafe və restoranlara aid deyil

2015-12-15 | Vergilər | 2696

Vergilər Nazirliyi spirtli işkilərin nağd satışının qadağan olunması ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliyi izah edib.

"Marja"nın məlumatına görə, bu gün Vergilər Nazirliyində keçirilmiş mətbuat konfransında Nazirliyin Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib ki, spirtli içkilərin nağd satışına görə müəyyən olunmuş cərimə kafe və restoranlara aid deyil.

"İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə görə, aksiz markaları ilə markalanmalı olan və dəyəri 50 manata qədər olan məhsulların nağd qaydada satışı inzibati xəta hesab olunur və 100 manat cərimə olunur. Lakin ictimai iaşə obyektlərində, kafelərdə, restoranlarda spirtli içkilərin süzülmə ilə satışı nəzərdə tutulduğundan, yəni orada alıb içildiyindən inzibati məsuliyyətin tətbiqi nəzərdə tutulmur. Spirtli içkinin satışı, ictimai iaşə xidmətinin tərkib hissəsi hesab olunur. Nazirlər Kabinetinin qərarına görə, ictimai iaşə müəssisələrində məhsulu bağlı formada təqdim etmək olmaz. İçki menyunun tərkib hissəsidir, onun dəyəri nağd qaydada ödənilə bilər".

Mənbə: http://marja.az/financial/news/budget-taxes/item/191141-vergil%C9%99r-c%C9%99rim%C9%99l%C9%99r-kafe-v%C9%99-restoranlara-aid-deyil

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!