Bələdiyyə vergilərinin yığılması Vergilər Nazirliyinə tapşırıla bilər

2015-11-23 | Vergilər | 2589

Azərbaycanda yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, onların vergilərin yığılmasında qarşılaşdıqları problemlər, vətəndaşların üzləşdikləri çətinliklərin aradan qaldırılmasında görməli olduqları işlər və s. daim ictimaiyyətin diqqət mərkəzindədir. Öz aktuallığına görə hamını maraqlandıran bu və digər məsələlərə aydınlıq gətirmək məqsədilə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadəyə müraciət etdik.

- Mehdi müəllim, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2015-ci ilin yanvar ayından bələdiyyə vergilərinin yığılması üzrə bir sıra işlər görülməli idi. Xüsusilə bu sahədə nağdsız ödənişlə bağlı vəziyyət nə yerdədir?

- Ölkəmiz inkişaf etdikcə dövlət və qeyri-dövlət qurumlarının fəaliyyətində yeni texnologiyalar tətbiq olunur, idarəetmə ən mütərəqqi üsullar səviyyəsində qurulur, əhali arasında müasir ödəniş mədəniyyəti formalaşır. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Qanuna edilən dəyişiklikdən sonra yerli vergi və ödənişlər banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bəzi bələdiyyələr POS-terminallardan istifadə edərək vergilərin yığımını həyata keçirməyə çalışırlar. Vətəndaşlar da rahat şəkildə vergini yerindəcə ödəyir və çeklərini əldə etmək imkanı qazanırlar. Rayonlarda bu proseslər poçt şöbələrində də həyata keçirilir.

Ancaq bir məsələni qeyd etmək istərdim ki, bu prosesi uğurla həyata keçirmək üçün bələdiyyələr mükəmməl infrastruktura malik olmalı, hazırlıq işləri, maarifləndirici tədbirlər görməlidir. «Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları» mövzusunda bu yaxınlarda Nəsimi bələdiyyəsi ilə birgə tədbir keçirmişik. Vətəndaşların ödənişlərlə bağlı münasibəti dəyişməli, ödəniş mədəniyyəti formalaşdırılmalıdır. Xüsusilə də nağdsız ödəniş mədəniyyətinin lazımi səviyyədə olmadığı ucqar rayonlarda buna daha çox diqqət ayrılmalıdır.

Əvvəllər bələdiyyə üzvləri vergi ödəyiciləri ilə birbaşa təmas qurub vergiləri ala bilirdilərsə, indi sadəcə xəbərdarlıq edirlər ki, vergini ödə. Hər kəs vergini nağdsız qaydada ödəyəcəyinə söz versə də, heç də hamı sözünə əməl etmir. Vətəndaşların bələdiyyə vergilərinin ödənişində fəal olmaları üçün müxtəlif yollar axtarılmalıdır ki, problem aradan qalxsın.

Qanuna əsasən, bələdiyyə vergilərinə fiziki şəxslərin torpaq və əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi aiddir. Yerli ödənişlərin tərkibinə bunlar daxildir:

- küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödənişlər;

- bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödənişlər;

- bələdiyyələrin ayırdığı torpaq sahələrində stasionar, səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişlər;

- mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlər;

l hüquqi və fiziki şəxslərə məxsus ixtisaslaşdırılmış avtomobil dayanacaqları üçün ödənişlər.

Təəssüflə vurğulamaq lazımdır ki, bir sıra bələdiyyələr ötən illərdə vergitutma sahəsində ciddi nəticələr əldə edə bilməyiblər. Bu da onlara səlahiyyətləri çərçivəsində normal fəaliyyət göstərməyə imkan vermir. Bələdiyyələrin ərazisində çoxlu sayda sənədsiz evlər var. Yerli özünüidarəetmə orqanları bu əmlaklara görə vergi yığımını həyata keçirə bilmirlər. Çünki bu evlərin əmlak sənədləri yoxdur. Hesab edirəm ki, bələdiyyələrə elə bir səlahiyyət verilməlidir ki, evlərin sənədləşdirilməsində fəal iştirak edə bilsinlər.

- Torpaqların sənədləşdirilməsi prosesində də kifayət qədər problemlər var...

- Bu kimi problemlər bələdiyyərin inkişafına ciddi maneə yaratmaqla yanaşı, əhali və dövlət orqanları ilə münasibətdə də müəyyən çətinliklər ortaya çıxarır. Qüvvədə olan qanuna əsasən, bu işdə bələdiyyə sədrləri təkbaşına məsuliyyət daşımır, qərarlar kollegial şəkildə qəbul edilir.

Əsas problemlərdən biri bələdiyyə mülkiyyəti ilə bağlıdır. Qanunvericiliyə görə, bələdiyyə torpaqları müəyyənləşdirilməli və onların mülkiyyətinə verilməlidir. Bələdiyyə torpaqları onların mülkiyyətinə verilmiş olsa, bu, dövlət orqanları ilə vətəndaşlar arasında mübahisələrin və ciddi problemlərin ortadan qalxmasına gətirib çıxarar. Bu məsələ həll olunmadığı üçün bələdiyyələr öz mülkiyyətlərinin idarə olunmasında çətinliklərlə üzləşirlər. Eyni zamanda, əhalinin özəlləşdirmə ilə bağlı çətinlikləri də məhz bu problem ucbatından yubanır. Hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə araşdırmalar aparılır və müəyyən işlər görülür. Güman edirəm ki, bu işlər tezliklə tam həllini tapacaq.

- Bir sıra ölkələrdə, o cümlədən qardaş Türkiyədə bələdiyyə vergiləri müəyyən müddətdə dövlət vergi orqanları tərəfindən yığılır. Belə bir təcrübənin respublikamızda da tətbiqi mümkündürmü?

- Hələ ki, gündəlikdə belə bir məsələ yoxdur, amma nə vaxtsa bu mexanizmi tətbiq etməklə həm bələdiyyələrə aid vergilərin yığılmasında müsbət nəticə əldə etmək, həm də yığılan vəsaitlərin həcminin qat-qat yüksəlməsinə nail olmaq mümkündür.

Azərbaycanın vergi orqanları əməkdaşları vergi yığımı sahəsində peşəkar və çevik fəaliyyət təcrübəsinə malik olduqlarına görə, müəyyən bir dövr üzrə bələdiyyə vergilərinin yığımını onların səlahiyyətinə vermək olar. Dövlət vergi orqanlarının kadr potensialı, vergiyığma sahəsində böyük səriştəsi onu deməyə əsas verir ki, belə olan təqdirdə, bələdiyyə vergilərinin yığım əmsalını xeyli yüksəltmək mümkün ola bilər.

- Təmsil etdiyiniz qurum bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti hansı formada həyata keçirir və qanunsuzluqlar aşkarlanarkən nə kimi tədbirlər görülür?

- "Bələdiyyələrə inzibati nəzarət haqqında" Qanunun icrası Ədliyyə Nazrliyinə həvalə edilmişdir. Qanuna əsasən, bələdiyyələr qəbul etdikləri təqdim olunması mütləq sayılan və qanunla qeyd olunan qərarları 15 gün müddətində Ədliyyə Nazirliyinin Regional Ədliyyə Şöbələri vasitəsilə Bələdiyyələrlə İş Mərkəzinə təqdim etməlidirlər, bu tələbi yerinə yetirməyənlər barəsində müvafiq intizam tədbirləri görülür. Buna görə də qəbul olunan qərarlardakı qanunsuzluqların aradan qaldırılması diqqət mərkəzindədir. Bunlar və digər məsələlərlə bağlı qanunsuzluqlar aşkar olunduqda materiallar Baş Prokurorluğa göndərilir. Son 5 il ərzində Baş Prokurorluğa 190-a yaxın belə material göndərilmişdir və nəticədə 150 iş üzrə cinayət işi açılmış, 6 bələdiyyə sədri həbs edilmişdir.

Mərkəzin vacib fəaliyyət istiqamətlərindən biri də bələdiyyələrin maarifləndirilməsidir. Bu istiqamətdə onlara qanunvericiliyin tələbləri izah olunur, tövsiyə xarakterli məktublar göndərilir, metodiki vəsaitlər işlənib hazırlanır, seminarlar, kurslar təşkil edilir. Bələdiyyələr də öz növbəsində qanunsuzluqların aradan qaldırılması ilə bağlı mütəmadi olaraq bizə məlumat verirlər.

Vurğulamaq istərdim ki, 1999-cu ildə Azərbaycanda keçirilmiş ilk bələdiyyə seçkilərindən ötən 15 ilə yaxın müddətdə bələdiyyələr tam strukturlaşmışdır. Qazandıqları təcrübə əsasında qabaqcıl bələdiyyələr üzərlərinə düşən vəzifələrin icrasında fəallıq göstərirlər. Ölkənin sürətli inkişafında, əhalinin sosial rifahının yüksəlməsində yerli özünüidarəetmə orqanlarının rolu və iştirakı ildən-ilə artmaqdadır. Vətəndaşlar məhəlli idarəetmədə bələdiyyələrin hansı imkanlara malik olduğunu zaman keçdikcə daha yaxşı anlayır və mövcud problemlərin həlli ilə bağlı onlardan çox şey gözləyirlər. Bütün bunlar, indiyədək yol verilən bir sıra qüsurlara baxmayaraq, bələdiyyələrin fəaliyyəti barədə müəyyən müsbət qənaətə gəlməyə əsas verir.

- Hər il bələdiyyələrə büdcədən müəyyən vəsaitlər ayrılır. 2015-ci ildən isə yerli özünüidarəetmə orqanlarına subvensiyalar verilir. Bu vəsaitlər hansı istiqamətlərə xərclənir?

- Həllivacib problemlərin aradan qaldırılması üçün bələdiyyələrə büdcədən müəyyən yardımların ayrılması, təbii ki, çox yaxşı haldır. Ancaq burada da problemlər yaşanmaqdadır. Ayrılan vəsait birbaşa bələdiyyənin öz hesabına deyil, yerli maliyyə şöbələrinə köçürülür. İcra hakimiyyətləri isə bu vəsaiti bələdiyyələrə müxtəlif istiqamətlərə ödəmək haqqında göstəriş verirlər. Yəni bələdiyyələrin büdcəsində nəzərdə tutulmuş və qanunla müəyyənləşmiş istiqamətdə deyil, ayrılmış dotasiyalar başqa istiqamətlərə xərclənir. Nəticədə qanun pozuntusuna, neqativ halların, korrupsiya meyillərinin ortaya çıxmasına münbit şərait yaranır. Hesab edirəm ki, bu problemlər dərhal aradan qaldırılmalıdır. Subvensiyalara gəlincə, qeyd etməliyəm ki, büdcə zərfində bu məsələ qeyd olunsada öz həllini tapmayıb. Bu problemlər aradan qalxsa, ümid edirəm ki, bələdiyyələrin fəaliyyətində, onun inkişafında öz müsbət təsirini göstərər.

- Yerli vergi və rüsumların toplanması işinin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyinin təşəb­büsü ilə bir neçə yerli özünüidarəetmə orqanında "Bələdiyyə vergi informasiya sistemi" (BVİS) layihəsinin icrasına başlanmışdır. Bu layihə özünü doğrulda bilirmi?

- Son illər Azərbaycanda dövlət qurumlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində mühüm tədbirlər həyata keçirilmiş, habelə elektron hökumət quruculuğu və e-xidmətlər üzrə uğurlu nəticələr əldə olunmuşdur. Belə bir şəraitdə bələdiyyələrin fəaliyyətinin müasirləşdirilməsinə, xüsusilə də vergi və rüsumların toplanması işinin təkmilləşdirilməsinə obyektiv zərurət yaranmışdır. Ən çox elektron xidmətlər göstərən dövlət orqanı kimi, Vergilər Nazirliyi bu zərurətdən çıxış edərək, "Bələdiyyə vergi informasiya sistemi" layihəsinin reallaşdırılmasına başlamışdır. Belə bir layihənin həyata keçirilməsi həm də "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının tələblərindən irəli gəlir. Layihə ilə ölkə bələdiyyələrinin «Bələdiyyə vergi informasiya sistemi»nə inteqrasiyası təmin ediləcəkdir. Yerli özünüidarəetmə orqanları bu sistemdən yararlanaraq onlayn kargüzarlıq, vergilərin ödənilməsinin və bəyannamələrin təqdim olunmasının elektron qaydada həyata keçirilməsi imkanları əldə edirlər.

- Vətəndaşların inam və etimadını qazanmaq üçün bələdiyyələr əsasən hansı addımları atmalıdırlar?

- Bələdiyyələr qəbul etdikləri qərarlar, gördükləri işlər barədə vətəndaşlar qarşısında hesabat verməlidirlər. İnsanlarla mütəmadi görüşlər keçirilməli, onların problemləri öyrənilməli və həlli yolları araşdırılmalıdır. Bir sözlə, bələdiyyələr əhali ilə daha yaxından təmasda olmalı, onların problemlərinə qarşı həssaslıq göstərərək köməyini əsirgəməməli, yerlərdə infrastrukturun bərpası və yenidən qurulmasına diqqət göstərməlidirlər. Yerli özünüidarəetmə orqanları hansısa məsələ ilə bağlı imkanlarının məhdud olduğu halda, müvafiq icra qurumları qarşısında məsələ qaldırıb problemin həllinə nail olmalıdırlar.

Müsahibəni hazırladı: Rəşad SADIQOV

Mənbə: vergiler.az

Mənbə: http://fins.az/budce/891871/Belediyye_vergilerinin_yigilmasi_Vergiler_Nazirliyine_tapsirila_biler.html

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!