Növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği
2022-05-08 | Vergilər | 4565Vergi ödəyicilərində sual yaradan məsələlərdən biri də amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normalarıdır. Mövzunu “vergiler.az” üçün iqtisadçı ekspert Cavid Vəlizadə şərh edib.
Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:
- maşınlar və avadanlıq – 20 faizədək;
- yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 faizədək;
- torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğular - 7 faizədək;
- nəqliyyat vasitələri - 25 faizədək;
- iş heyvanları - 20 faizədək;
- digər əsas vəsaitlər - 20 faizədək.
Vergi Məcəlləsinin 114.4-cü maddəsində göstərilir ki, hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.
Müəssisənin nəqliyyat vasitələrinin qalıq dəyəri 800.000 manat təşkil edib. Müəssisə Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, 25 faizədək amortizasiya edə bilər, lakin 20 faiz amortizasiya edib.
25% amortizasiya norması ilə - 800.000 x 25% = 200.000 manat
20% amortizasiya norması ilə - 800.000 x 20%= 160.000 manat
Fərq - 200.000 -160.000= 40.000 manat
Qeyd olunan 40.000 manat məbləğ mənfəət vergisi bəyannaməsinin 1249-cu sətrində qeyd edilməlidir.
Növbəti ildə müəssisə həmin nəqliyyat vasitələrinə 25 faiz amortizasiya norması tətbiq edir və keçən ildə növbəti illərə saxladığı amortizasiya xərcini nəzərə alır.
Qalıq dəyəri – 800.000 – 160.000 = 640.000 manat.
Amortizasiya xərci – 640.000 x 25%+ 40.000 =200.000 manat.
Qeyd edək ki, Vergi Məcəlləsinin 121.3-cü maddəsinə əsasən, əvvəlki illərdə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərib növbəti illərdə mənfəət və gəlir vergisi ödəyicisi olan şəxslər, əvvəlki illərdə (sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrlərdə) aşağı norma tətbiq edibsə, mənfəət və gəlir vergisi ödəyicisi olduğu illərdə amortizasiyadan yaranmış kompensasiya məbləği nəzərə alınmır.

Vergilər bölümünün son xəbərləri |