Dövlət Vergi Xidməti transfer qiymətlərinin tətbiqi məqsədilə yeni beynəlxalq məlumat bazasına qoşulub

2021-11-05 | Vergilər | 2183

Beynəlxalq vergi əməkdaşlığının inkişafı və bu sahədə beynəlxalq standartların tətbiqi vergidən yayınma ilə mübarizədə uğurlu yollardan biridir.

Azərbaycanın vergi sistemini qabaqcıl təcrübələrə və beynəlxalq standartlara uyğun inkişaf etdirmək məqsədilə əhəmiyyətli platformalarla sıx əməkdaşlıq edilir. Bu baxımdan, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən transfer qiymətqoyması üzrə qanunvericiliyin və transfer qiymətləri ilə bağlı auditin tətbiqi, eləcə də transfer qiymətləri haqqında qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və qabaqcıl təcrübəyə əsaslanan audit prosesləri üçün resursların yaradılması kimi məsələlər diqqətdə saxlanılır.

Transfer qiymətləri müəyyən edilərkən, Vergi Məcəlləsinə uyğun olaraq, birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, vergi ödəyicilərinin vergi orqanına təqdim etdiyi məlumatlardan, açıq məlumat mənbələrində yerləşdirilmiş hesabatlardakı məlumatlardan və digər müvafiq mənbələrdən istifadə edilir. Bundan əlavə, “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydaları”na əsasən, belə qiymətlərin müəyyən edilməsi üçün beynəlxalq məlumat mənbələrindən də istifadə olunması zəruri hesab edilir.

Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İnformasiya bazasına çıxış və məlumatların yenilənməsi xidmətlərinin göstərilməsi”nin satın alınması üçün “Bureau van Dijk” şirkəti ilə müvafiq müqavilə imzalayıb. Bununla, Dövlət Vergi Xidməti dünyanın 50-dən artıq ölkəsinin vergi orqanı tərəfindən transfer qiymətləri ilə əlaqədar həyata keçirilən vergi yoxlamaları üzrə müqayisəli təhlillərin və hesablamaların aparılması üçün istifadə edilən 4 fərqli məlumat bazasından istifadə hüququ əldə edib.

Müasir dövrdə transfer qiyməti beynəlxalq vergitutma sahəsinin aktual mövzulardan birinə çevrilib. Bunun əsas səbəbləri sırasında son illərdə beynəlxalq ticarət dövriyyəsinin böyük hissəsinin transmilli şirkətlərin payına düşməsi və dövlətlərin hər il bu sahədə vergidən yayınma halları hesabına külli miqdarda gəlirdən məhrum olması xüsusi yer tutur. İnformasiya bazasına çıxış və məlumatların yenilənməsi xidmətlərinin təkmilləşdirilməsi ölkə iqtisadiyyatında şəffaflığın artırılması, beynəlxalq vergitutma və məlumat mübadiləsi öhdəliklərinin yerinə yetirilməsi, habelə vergidən yayınma halları ilə mübarizə işinin daha səmərəli təşkilinə təkan verəcək.

Mənbə: https://www.taxes.gov.az/az/post/1647

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!