Mediatorların vergi öhdəliyi

2021-09-17 | Vergilər | 1428

Ölkəmizdə mediasiya prosesi yeni olduğundan mediatorların vergi öhdəlikləri ilə bağlı bəzi suallar meydana çıxır. İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə bu sahədə yaranan məsələlərə aydınlıq gətirir.

İki və daha çox şəxsin arasında yaranmış mübahisənin danışıqlar yolu ilə üçüncü neytral bir şəxsin (mediatorun) köməyi ilə həllinə çalışılan könüllü bir proses mediasiya adlanır. Qısaca, mediasiaya - mübahisənin məhkəmədən kənar qaydada, qarşılıqlı razılıq əsasında həll prosesidir. Mediasiya prosesinə həm məhkəməyə qədər, həm də məhkəmə prosesləri zamanı müraciət etmək olar. Bu prosesi həyata keçirən, tərəflər arasında danışıqlar apararaq razılıq əldə etməyə çalışan şəxs isə mediator adlanır. Yaşı 25 olan, ali təhsilli, ən azı 3 illik iş stajına malik və mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək şəhadətnamə alan fiziki şəxslər mediator ola bilərlər. Mediator eyni zamanda, qanunla qadağan olmayan istənilən digər fəaliyyətlə də məşğul ola bilər.

“Mediasiya haqqında” Qanuna görə, mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə mediasiyanın tətbiq edilməsinə icazə verilir.

Vergi Məcəlləsinin 99.3.13-cü maddəsinə əsasən, mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafat qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edilir və Məcəllənin 101.2 maddəsinə əsasən, 14% dərəcə ilə vergiyə cəlb olunur.

Misal: “A” MMC ilə sığortaçı təşkilat arasında mübahisə yaranır. Təşkilatlar mübahisəni həll etmək üçün mediasiya təşkilatına müraciət edirlər. Mediator tərəflərin arasında mübahisəni yoluna qoyur və tərəflər arasında barışıq sazişinin bağlanılmasına nail olur. Bunun müqabiləndə MMC mediasiya təşkilatına 10.000 manat xidmət haqqı ödəyir və mediasiya təşkilatı bu məbləğdən mediatora 3.000 manat pul ayırır. Mediatorun qeyri-sahibkarlıq fəaliyyətindən gəlir vergisi 420 manat (3000*14%=420) təşkil edəcəkdir.

Mənbə: https://www.taxes.gov.az/az/post/1549

Vergilər bölümünün son xəbərləri

2022-05-14 | İdxalı və satışı ƏDV-dən azad edilən KIV məhsullarının və kitabların, habelə dərslik komplektlərinin siyahısı təsdiqləndi.
2022-05-08 | Növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği
2022-04-23 | Qeyri-rezidentlərə ödənilən royaltidən vergilərin tutulması
2022-04-14 | Siqaretlərin aksiz dərəcəsi artırılıb, qəlyan üçün aksiz müəyyənləşdirilib
2022-04-13 | Vergi bəyannaməsi ilə bağlı yeni dəyişiklik sahibkarların işini asanlaşdırır
2022-02-28 | Bir sıra bəyannamə, onların əlavələrinin forma və tərtib olunma qaydaları təsdiq edilib
2022-02-28 | Sadələşdirilmiş vergi ödəyicisinin dividendə görə vergi öhdəliyi
2022-02-17 | Vergi bəyannamələrinin yeni formaları təsdiqlənib
2022-02-16 | Sabit qəbz almaqla fəaliyyət göstərən şəxslərin işlərə cəlb edilməsi
2022-01-12 | 1 yanvar 2022-ci il tarixdən etibarən...

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!