Kənd təsərrüfatı məhsulları hansı halda vergidən tam və ya qismən azad olunur?

2021-05-04 | Vergilər | 228

Kənd təsərrüfatı məhsullarının istehsalına vergi güzəştlərinin tətbiqi ilə bağlı təcrübədə bəzi suallar yaradan məqamlar var. Mövzunu mühasibat və vergi uçotu mütəxəssisi Mahmud Abasquliyev şərh edir.

Kənd təsərrüfatı məhsullarının istehsalı anlayışına Vergi Məcəlləsinin 13.2.60-cı maddəsində aydınlıq gətirilib. Bu maddənin tələblərinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə sənaye üsulu ilə, o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və s. daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi başa düşülür.

Kənd təsərrüfatı məhsulu ilkin formadan çıxdıqda, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrildikdə, kimyəvi tərkibi dəyişdirildikdə, konservləşdirildikdə digər məhsul növlərinin təsnifatına aid edilir. Vergi güzəştləri də məhz həmin təsnifata uyğun həyata keçirilir.

Bəs bunları necə ayırmaq olar?

Vergidən azadolma halları kənd təsərrüfatı məhsullarının təqdim edilməsi formasından asılı olaraq tənzimlənir. Tutaq ki, sahibkar yumurtanı xarici ölkədən idxal edir. Onu inkubasiya edərək toyuğa çevirir. Sonra həmin toyuqları hissələrə ayıraraq kənd təəsrrüfatı məhsulu kimi satışa çıxarır. Bu əməliyyatın emala məruz qalan məhsul sayılıb-sayılmaması sual yaradır.

Vergi Məcəlləsinin tələbinə uyğun olaraq hissələrə bölünən toyuq əti ilkin formasını dəyişdiyi, yəni diri şəkildə təqdim edilmədiyi üçün kənd təsərrüfatı məhsulu hesab olunmur. Bu səbəbdən hissələrə bölünərək satışa çıxarılan toyuq əti ƏDV-dən azad edilmir. Lakin həmin sahibkar digər azadolmalardan istifadə edə bilər.

Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən quş ətinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Bundan başqa, 1 yanvar 2014-cü ildən kənd təsərrüfatı məhsullarının istehsalı ilə (o cümlədən sənaye üsulu ilə) məşğul olan hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 10 il müddətinə mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilib. Onların istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi isə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilməyib.

Mənbə: https://vergiler.az/news/taxes/12870.html

Vergilər bölümünün son xəbərləri

2021-05-05 | Maliyyə sanksiyaları tətbiq edilərkən hansı məqamlara diqqət yetirilməlidir?
2021-05-04 | Kənd təsərrüfatı məhsulları hansı halda vergidən tam və ya qismən azad olunur?
2021-04-22 | Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi
2021-04-06 | NK: Əhalinin ömrünü qısaldan tütün məmulatlarının aksiz vergisinin artırılması məqsədəuyğun sayılıb
2021-04-05 | Riskli vergi ödəyiciləri barədə məlumatı necə əldə etmək olar?
2021-04-05 | İkiqat vergitutmanın qarşısını almaq üçün…
2021-04-04 | Bank hesabına ödənilən məbləğə görə kassa çeki verilməlidirmi?
2021-04-04 | İcbari tibbi sığorta haqlarını kimlər ödəməlidir? (VIDEO)
2021-03-23 | Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və sığorta haqları üzrə vahid bəyannamə
2021-02-04 | Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları 2021-ci ildən necə hesablanacaq?

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!