Riskli vergi ödəyiciləri barədə məlumatı necə əldə etmək olar?

2021-04-05 | Vergilər | 3006

Dövlət Vergi Xidməti tərəfindən riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması imkanı yaradılıb və vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında məlumat kommersiya (vergi) sirri hesab edilmir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, riskli vergi ödəyiciləri ilə bağlı məlumatlandırma riskli ödəyicilərin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Çünki vergi ödəyicisinin riskli vergi ödəyicisi ilə əməliyyatlar aparması onun özü üçün də riskin artması deməkdir. Bu, həm səyyar vergi yoxlaması, həm də digər vergi nəzarəti tədbirlərinin keçirilməsinə əsas ola bilər.

Vergi Məcəlləsinə əsasən, riskli vergi ödəyicilərinə münasibətdə bir sıra məhdudiyyətlər tətbiq olunur. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və ya riskli əməliyyatlar aparan şəxsdir.

Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir.

Eyni zamanda, vergi ödəyicisi digər bir vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısında olub-olmadığı haqda məlumatı əldə etmək üçün Dövlət Vergi Xidmətinin “www.e-taxes.gov.az” rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub, "Riskli vergiödəyicilərinin axtarışı" xidmətindən istifadə edə bilər.

Mənbə: https://vergiler.az/news/taxes/12485.html

Vergilər bölümünün son xəbərləri

2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb
2022-12-19 | Vergi Xidməti bina tikən şirkətləri – BİR YERƏ TOPLADI – ƏDV İLƏ BAĞLI GÖRÜŞ
2022-12-19 | Maliyyə lizinqi hansı halda ƏDV-dən azad edilmir?
2022-12-06 | ƏDV-dən azad olunan kənd təsərrüfatı təyinatlı avadanlıqların və texnikaların siyahısı təsdiq edilib
2022-10-27 | Maliyyə lizinqi ilə alınan aktivlərə görə vergi öhdəliyi
2022-10-20 | Nicat İmanov: Yol Xəritəsindəki vergi güzəştləri mümkün risklərin təhlilindən sonra reallaşdırılacaq
2022-10-08 | Oktyabrın 1-dən alkoqollu içkilər və tütün məmulatlarının alışına görə ƏDV-nin bir hissəsi geri qaytarılmır
2022-05-14 | İdxalı və satışı ƏDV-dən azad edilən KIV məhsullarının və kitabların, habelə dərslik komplektlərinin siyahısı təsdiqləndi.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2023.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!