Bank hesabına ödənilən məbləğə görə kassa çeki verilməlidirmi?
2021-04-04 | Vergilər | 4802Bir ildən artıq davam edən pandemiya şəraitində malların və xidmətlərin onlayn qaydada təqdim edilməsinin həcmi artıb. Artıq bir çox ticarət və xidmət müəssisələri satışlarını ikili formada davam etdirir ki, bu zaman dövriyyələrin rəsmiləşməsi məsələlərində müəyyən suallar ortaya çıxır. Mövzunu maliyyə eksperti Mahmud Abasquliyev şərh edir.
Tutaq ki, pərakəndə satışla məşğul olan mağaza həm yerində, həm də onlayn xidmət göstərir. Onlayn satış üçün mağazanın bank hesabı açılıb. Satışdan gələn vəsait həmin hesaba mədaxil olunur. Bu zaman alıcıya nəzarət-kassa çeki təqdim olunmalıdırmı?
Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti pərakəndə satış hesab olunur.
Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada POS-terminal vasitəsilə ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.
Eyni zamanda həmin mağazanın fəaliyyət növü pərakəndə satış olduğundan pərakəndə qaydada satış zamanı mağaza tərəfindən alıcıya nəzarət-kassa aparatının çeki təqdim edilməlidir. Bununla yanaşı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına əsasən, satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.
“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1-ci maddəsinin müddəalarına əsasən, nağdsız hesablaşmalar üç formada həyata keçirilir:
- bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə;
- ödəniş terminalları ilə;
- birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə.
Qeyd olunanlara əsasən, gətirdiyimiz misalda pərakəndə satış qaydasında fiziki şəxsə təqdim edilən mallara görə fiziki şəxs tərəfindən müəssisənin bank hesabına nağd qaydada ödənilən vəsaitə görə fiziki şəxsə nəzarət kassa-aparatının çeki təqdim edilməlidir. Dəyəri birbaşa bank hesabınıza ödənilmiş mallara görə alıcıya nəzarət-kassa aparatının çeki də verildiyindən hesabat dövrü ərzində nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim edilə bilər.
Fərqanə ALLAHVERDİQIZI

Vergilər bölümünün son xəbərləri |