Korporativ sosial məsuliyyət xərclərinin vergidən azadolunma meyarları
2020-07-03 | Vergilər | 7549Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 mart 2020-ci il tarixli Qərarı ilə "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları" təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə hüquqi şəxslərin mənfəət vergisindən azaddır.
Qərara əsasən, aşağıda göstərilən meyarlara cavab verən müəssisə, idarə və təşkilatlara edilən köçürmələr mənfəət vergisindən azad edilmişdir:
Elm sahəsində - qanunvericiliyin tələblərinə müvafiq qaydada akkreditasiyadan keçməsi, müvafiq elm sahəsində dövlət siyasətinin əsas prioritetləri üzrə tədqiqat aparması və ən azı 5 nəfər elmi işçisinin olması;
Təhsil sahəsində - dövlət orqanlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində olması və (və ya) qanunvericiliyin tələblərinə uyğun olaraq lisenziya alması (qeyd edilmiş 2 kriteriyadan hər hansı birinə cavab verməsi kifayətdir);
Səhiyyə sahəsində - dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisəsi olması və köçürülən vəsaitin nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə əhalinin sağlamlığının qorunması ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədləri üçün istifadə edilməsi.
İdman sahəsində - qanunvericiliyin tələblərinə uyğun olaraq ictimai birlik formasında yaradılan respublika idman federasiyaları (assosiasiyaları) və ya idman klubları olması və köçürülən vəsaitin idman federasiyaları (assosiasiyaları) və ya idman klublarının təsis sənədlərində nəzərdə tutulan məqsədlər üçün sərf edilməsi;
Mədəniyyət sahəsində - Azərbaycan mədəniyyətinin, milli mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə incəsənət və bədii tədbirlərin, yaradıcılıq müsabiqələrinin, sərgilərin, yaradıcılıq gecələrinin, mədəniyyət və incəsənət təqdimatlarının, festivalların, konfrans və simpoziumların təşkilini, nəşr məhsullarının hazırlanmasını və yayımını həyata keçirən, habelə film istehsal edən hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri istisna olmaqla) olması və (və ya) teatr, kitabxana və ya muzey kimi fəaliyyət göstərməsi (qeyd edilmiş 2 kriteriyadan hər hansı birinə cavab verməsi kifayətdir).
Qeyd edilməlidir ki, hüquqi şəxslər tərəfindən yuxarıda göstərilən meyarlara cavab verən müəssisə, idarə və təşkilatlara edilən ödənişlər yalnız nağdsız qaydada bank hesabı vasitəsilə həyata keçirildikdə və ödənişin təyinatı bu barədə sənəddə göstərildikdə mənfəət vergisindən azaddır. Qərara əsasən, ödənişi alan müəssisə, idarə və təşkilat hesabat ili bitdikdən sonra 1 ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alğı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, bank çıxarışları və s.) vəsaiti köçürən şəxsə təqdim etməlidir.

Vergilər bölümünün son xəbərləri |