Vergi güzəştləri evini icarəyə verən, ofis kirayə götürənlərə də aiddir

2020-04-24 | Vergilər | 3664

Deputat Vüqar Bayramov pandemiyanın təsir etdiyi sahələrə tətbiq olunan vergi güzəştlərindən danışıb.

FED.az xəbər verir ki, deputat Azad Azərbaycan kanalının efirində bildirib ki, vergi sahəsində təklif olunan güzəştlər təkcə fərdi sahibkarları deyil, eyni zamanda daha iri, orta və kiçik sahibkarları da əhatə edir:

"Güzəştlərdən biri də əmlak və torpaq vergisi ilə bağlıdır. Həmin vergidən təklif olunan müddətdə sahibkarlar azad olunacaq. Bu da onunla bağlıdır ki, pandemiya dövründə sahibkar gəlir əldə edə bilmir. Ancaq onun əmlakı var. Sahibkar əmlak vergisi ödəyirsə, bu onun üçün əlavə bir xərcdir. Dövlətin güzəştlər tətbiq etməkdə də məqsədi ondan ibarətdir ki, sahibkarları həmin xərcdən azad etsin. Eyni zamanda, post pandemiya dövründə sahibkarların yenə də xərclərinin azaldılmasına nail olmaq məqsədi var ki, onlar qısa müddətdə fəaliyyətini bərpa edə bilsin. Eləcə də evini icarəyə verən, müəyyən ofis icarəyə götürən vətəndaşlarımız üçün də güzəştlər nəzərdə tutulub. Bildiyiniz kimi, həmin vətəndaşlarımız gəlir mənbəsindən 14 faiz vergi ödəyirlər. Bu vergi dərəcəsi də 14 faizdən 7 faizə endiriləcək. Bu da icarə müqavilələrinin rəsmiləşdirilməsi baxımından vacibdir. Bundan əlavə, icarədən gəlir əldə edən vətəndaşlarımızın xərclərinin azaldılmasına xidmət edir. Mikrosahibkarlar sadələşdirilmiş vergi subyektləri ödəyicisidirlərsə, onlar üçün vergi 2 faizdən 1 faizə endiriləcək. Bu da mikrosahibkarların xərclərinin azaldılması baxımından vacibdir.

Aqrar sektorda da güzəştlərin edilməsi nəzərdə tutulub. Aqrar sektorda 2020- ci il yanvarın 1-dən etibarən ödənilən sosial haqlarda dəyişikliklər var idi. Yeni dəyişikliklərə əsasən, sosial haqlar differensial olaraq tətbiq olunacaq. Əvvəlki dövrlərdə kiçik sahədə torpağı olan vətəndaşlarımıza minumum əməkhaqqının 6 faizi həcmində ödəniş nəzərdə tutulmuşdu. İndi isə təklif edilir ki, vətəndaşın sahib olduğu pay torpağının sahəsi 5 hektara qədərdisə, bu zaman 6 faiz yox, 2 faiz vergi ödəyəcək. 5-10 hektar arası olduqda isə 6 faiz vergi ödəyəcək. Burada da məqsəd ondan ibarətdir ki, nisbətən kiçik sahəli pay torpaq sahiblərinin vergi dərəcələri azaldılsın".

Qafqazinfo

Mənbə: https://www.fed.az/az/biznes/vergi-guzestleri-evini-icareye-veren-ofis-kiraye-goturenlere-de-aiddir-78995

Vergilər bölümünün son xəbərləri

2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb
2022-12-19 | Vergi Xidməti bina tikən şirkətləri – BİR YERƏ TOPLADI – ƏDV İLƏ BAĞLI GÖRÜŞ
2022-12-19 | Maliyyə lizinqi hansı halda ƏDV-dən azad edilmir?
2022-12-06 | ƏDV-dən azad olunan kənd təsərrüfatı təyinatlı avadanlıqların və texnikaların siyahısı təsdiq edilib
2022-10-27 | Maliyyə lizinqi ilə alınan aktivlərə görə vergi öhdəliyi
2022-10-20 | Nicat İmanov: Yol Xəritəsindəki vergi güzəştləri mümkün risklərin təhlilindən sonra reallaşdırılacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2023.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!