Nağdsız hesablaşmalar haqqında qanunda dəyişikliklər nəzərdə tutulub.

2020-04-24 | Mühasibat uçotu | 787

Bu, AR Milli Məclisində 24.04.2020 tarixində müzakirə ediləcək "Nağdsız hesablaşmalar haqqında" AR Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilmir.

Bundan başqa, layihəyə əsasən xam dərinin tədarükü (alışı) fəalliyyəti də vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən malların nağd qaydada satın alınması siyahısına daxil edilir.

Mənbə: http://meclis.gov.az/?/az/law/2401/2

Mühasibat uçotu bölümünün son xəbərləri

2020-07-07 | TTA STANDARTI: VERGİ MƏCƏLLƏSİ İLƏ IFRS-İN QARŞILAŞDIRILMASI MÖVZUSUNDA VEBİNAR
2020-06-23 | Malın və ya xidmətin (işin) adı nəzarət-kassa aparatının çekində qeyd edilməlidir
2020-04-24 | Nağdsız hesablaşmalar haqqında qanunda dəyişikliklər nəzərdə tutulub.
2020-03-09 | Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
2020-09-03 | Nağdsız hesablaşmalar
2020-02-28 | Balansdan silinən əsas vəsaitlərə görə verginin hesablanması
2020-01-24 | Peşəkar mühasiblərin Beynəlxalq Etika Məcəlləsi mövzusunda ödənişsiz seminar
2020-01-24 | Mühasibin hüquqları, vəzifələri və məsuliyyəti
2019-12-21 | Kassa çeklərində məlumatların sayı arta bilər
2019-12-10 | Bakı Hesabat Mərkəzi bir yaşını qeyd edib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!