“Nəzarət kitabçası” ləğv edilir

2015-06-09 | Vergilər | 461

Azərbaycanda bütün sahibkarlıq subyektləri (hüquqi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə) üçün nəzərdə tutulan "Nəzarət kitabçası" ləğv edilir.

APA-nın məlumatına görə, bununla bağlı Vergilər Nazirliyinin hazırladığı "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 7 yanvar tarixli 69 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə, "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə və Nazirlər Kabinetinin "Nəzarət kitabçası" haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında" 2002-ci il 13 dekabr tarixli 196 nömrəli Qərarında dəyişiklik edilməsi barədə layihələr ictimai müzakirəyə çıxarılıb.

Qeyd edək ki, "Nəzarət kitabçası"nın hazırlanması "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 7 yanvar tarixli 69 nömrəli fərmanında nəzərdə tutulub, "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli fərmanında Nazirlər Kabinetinə sahibkarlıq subyektlərində yoxlamaların uçotunun aparılması məqsədilə tətbiq olunan "Nəzarət Kitabçası"ndan istifadənin səmərəliliyini artırmaq üçün bir ay müddətində zəruri tədbirlər görmək tapşırılıb, Nazirlər Kabineti isə 2002-ci il dekabrın 13-də "Nəzarət kitabçası" haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında” qərar verib.

Qərara əsasən o zamandan başlayaraq indiyə qədər Azərbaycan ərazisində fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərində (hüquqi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə) "Nəzarət kitabçası" tətbiq edilib. Sahibkarlıq subyektlərinin "Nəzarət kitabçası" ilə təmin edilməsi və onun reyestrinin aparılması İqtisadiyyat və Sənaye Nazirliyi (keçmiş İqtisadi İnkişaf Nazirliyi) tərəfindən dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilib. Nazirlik sahibkarlıq subyektlərini, onların filial və nümayəndəliklərini, rəsmi müraciətlər əsasında və aidiyyəti dövlət orqanları vasitəsilə əvəzsiz olaraq "Nəzarət kitabçası" ilə təmin edib.

Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada yoxlamalar həmin yoxlamanı aparan şəxsin adı, soyadı, atasının adı, vəzifəsi və təmsil etdiyi təşkilatın adı, yoxlamanın məqsədi, yoxlamaya hüquq verən sənədin tarixi və nömrəsi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodu, yoxlamaya başlanılan vaxt "Nəzarət kitabçası"na qeyd edildikdən sonra həyata keçirilib. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada yoxlama aparmağa başlanan sahibkarlıq subyektlərində "Nəzarət kitabçası"nın olmaması qanuni yoxlamanın aparılmamasına əsas verməyib. Bu halda yoxlama aparan şəxs yoxlamanın nəticəsinə dair tərtib etdiyi sənəddə bu barədə müvafiq qeyd aparmalı, yoxlanılan sahibkarlıq subyektinin rəhbəri isə qısa müddət ərzində müəyyən edilmiş qaydada "Nəzarət kitabçası"nı almalı idi.

Mənbə: http://az.apa.az/news/386209

Vergilər bölümünün son xəbərləri

2020-07-04 | Zərərlərin növbəti ilin gəlirləri hesabına kompensasiya edilməsi
2020-07-03 | Korporativ sosial məsuliyyət xərclərinin vergidən azadolunma meyarları
2020-07-01 | Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı mübarizə sahəsində vergi orqanlarına dəstək Tvinninq layihəsi başa çatıb
2020-06-22 | Taksi fəaliyyətinə görə ödənilən vergilərdə artım olubmu?
2020-06-22 | Zəruri ərzaq məhsullarının ƏDV-dən azad edilməsi
2020-06-19 | Riskli vergi ödəyicilərinə qarşı yoxlama və nəzarət tədbirləri
2020-06-21 | AR Vergi Məcəlləsində, Qiymətləndirmə fəaliyyəti haqqında və İcra məmurları haqqında AR qanunlarında dəyişiklik edilməsi barədə AR Qanunu
2020-06-16 | Vergi güzəştlərindan faydalanmaq üçün ilkin şərt intizamdır
2020-06-08 | ƏDV qeydiyyatında olan vergi ödəyiciləri üçün daha bir yenilik
2020-06-04 | Sahibkarlıq subyektləri üçün vergi güzəştləri və tətilləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!