Vergi güzəştləri və vergi azadolmaları gəlir

2015-05-27 | Vergilər | 515

Azərbaycanda vergi dərəcələrinin optimallaşdırılması və vergitutma bazasının genişləndirilməsi ilə bağlı təkliflər hazırlanır.

Bunu "APA-Economics"ə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov deyib.

N. Şirinovun sözlərinə görə, hazırda nazirlik aidiyyatı iqtisadi qurumlarla birgə bu təkliflər üzərində işləyir: "Ölkə iqtisadiyyatı dinamik inkişaf edir. Bu inkişafın tələblərinə uyğun olaraq Vergilər Məcəlləsinin daim təkmilləşdirilməsi üzərində düşünürük. İqtisadiyyatın müxtəlif sahələrinə aid olan çoxlu təkliflər var. Bu təkliflər hazırda müzakirə mərhələsindədir".

Baş İdarə rəisi bu təklifləri açıqlamasa da, vergi güzəştləri və vergi azadolmaları məsələlərinə yenidən baxılacağını istisna etmir: "Bizdə vergi siyasəti vergi güzəştlərindən daha çox, vergi dərəcələrini optimallaşdırılması, yəni aşağı salınması ilə həm iqtisadiyyatın inkişaf etdirilməsinə, həm də sahibkarlığa stimul verilməsinə istiqamətlənib. Eyni zamanda, bu zaman optimal vergi dərəcələri ilə normal vergi yığılmasına da diqqət yetirilir. Ümumiyyətlə, görürsünüz ki, vergi siyasətində heç vaxt vergi dərəcələrinin artırılması istiqamətində elə bir iş getmir. Adətən vergi dərəcələri aşağı düşür. Son illərdə aparılan siyasət də bunu bir daha sübut edir. Məsələn, mənfəət vergisinin 22%-dən 20%-ə salınmasını buna misal göstərmək olar. Bu təkliflər nəzərdən keçirilərkən vergi güzəştləri və vergi azadolmaları məsələlərinə yenidən baxıla bilər. Təkliflər arasında qiymətli kağızlar sahəsində vergi güzəştlərinin tətbiqi məsələsi də var. Amma bununla bağlı müəyyən hesablamalar olmalıdır. Yəni, verilən güzəştlər, vergi dərəcəsinin aşağı salınması adekvat olaraq həmin sahədə sahibkarlığın inkişafına necə təsir edəcək və büdcə daxil olmalarına necə təsir edəcək? Bunu müəyyən etmək üçün hələ ki, hesablamalar aparılır. Çünki, bunun iqtisadi əsası olmalıdır".

Mənbə: http://az.apa.az/news/385083

Vergilər bölümünün son xəbərləri

2020-07-04 | Zərərlərin növbəti ilin gəlirləri hesabına kompensasiya edilməsi
2020-07-03 | Korporativ sosial məsuliyyət xərclərinin vergidən azadolunma meyarları
2020-07-01 | Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı mübarizə sahəsində vergi orqanlarına dəstək Tvinninq layihəsi başa çatıb
2020-06-22 | Taksi fəaliyyətinə görə ödənilən vergilərdə artım olubmu?
2020-06-22 | Zəruri ərzaq məhsullarının ƏDV-dən azad edilməsi
2020-06-19 | Riskli vergi ödəyicilərinə qarşı yoxlama və nəzarət tədbirləri
2020-06-21 | AR Vergi Məcəlləsində, Qiymətləndirmə fəaliyyəti haqqında və İcra məmurları haqqında AR qanunlarında dəyişiklik edilməsi barədə AR Qanunu
2020-06-16 | Vergi güzəştlərindan faydalanmaq üçün ilkin şərt intizamdır
2020-06-08 | ƏDV qeydiyyatında olan vergi ödəyiciləri üçün daha bir yenilik
2020-06-04 | Sahibkarlıq subyektləri üçün vergi güzəştləri və tətilləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!