Vergilər Nazirliyi ciddi nəzarətə götürüb

2015-05-27 | Vergilər | 228

POS-terminalların quraşdırılması və onlardan istifadə olunması Vergilər Nazirliyi tərəfindən ciddi nəzarətə götürülüb.

Bu barədə Nazirlikdən "Marja"ya bildirilib.

Nəzarətin gücləndirilməsi aşağıdakı amillər ilə bağlıdır: Son dövrlərdə Azərbaycanın beynəlxalq nüfuzunun artması ölkədə keçirilən beynəlxalq və regional tədbirlərin miqyasını genişləndirib və bu baxımdan, respublikamıza gələn turistlərin sayında da əhəmiyyətli artım müşahidə olunur. Tarixdə ilk dəfə Bakıda keçiriləcək I Avropa Oyunları zamanı ölkəmizə çoxlu sayda idman heyətləri və azarkeşlər gələcək. Bu, Bakıda və ümumiyyətlə, Azərbaycanda bir sıra xidmət sahələrinin, o cümlədən müxtəlif ticarət, əyləncə, iaşə və s. obyektlərin Avropa səviyyəsinə uyğunlaşdırılmasını tələb edir.

Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov bildirib ki, birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar diqqət mərkəzində olan ən mühüm məsələlərdən biri də nağdsız əməliyyatların həcminin artırılması üçün bütün obyektlərdə, xüsusilə ticarət, xidmət və iaşə obyektlərində POS-terminalların quraşdırılması və istifadə edilməsidir. Vergilər Nazirliyi tərəfindən yaradılmış qərargaha vergi ödəyicilərinə məxsus təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, istifadəsi, işlək vəziyyətdə olması, ondan istifadə qaydalarının mənimsənilməsinin nəzarətdə saxlanılması, əhali ilə hesablaşmalar sahəsində qanunvericiliyə əməl olunması işlərini diqqətdə saxlamaq həvalə edilib. Bunun üçün vergi əməkdaşları təhkim edilib və müvafiq işlərin yerinə yetirilməsi istiqamətində operativ tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Qeyd olunub ki, ticarət, məişət və digər xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, qeydiyyatı, istifadəsi və tətbiqi ilə bağlı digər münasibətlər Nazirlər Kabinetinin 4 oktyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları" ilə tənzimlənir.

SAYI 86 MİNƏ ÇATDIRILIB

Banklar tərəfindən verilmiş sifarişlər üzrə təkcə keçən ildən bəri ölkəmizə 75 min ədəd POS-terminal gətirilib və onların bir hissəsi "kart vasitəsilə birbaşa təmas olmadan" istifadəni nəzərdə tutan xüsusi qurğulardır ki, bunlar inkişaf etmiş ölkələrdə son illərdə tətbiq edilməkdədir. İlin əvvəlindən indiyədək respublikada POS-terminalların sayı 81,7 mindən 86 minə çatdırılıb. Fəaliyyətini dayandırmış iki minə yaxın obyekt üzrə POS-terminallar qeydiyyatdan çıxarılıb. İndiyədək quraşdırılmış POS-terminalların 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə regionların payına düşür.

1600 -DƏN ÇOX TERMİNAL İŞLƏMİRMİŞ

2015-ci ildə əlavə quraşdırılmış POS-terminalların sayında regionların payı daha çoxdur. Xüsusilə Sumqayıt, Mingəçevir, Şəmkir, Şirvan və Lənkəran şəhərlərində, Abşeron, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Şəki, Göyçay, Balakən, Qax və Zaqatala rayonlarında POS-terminalların quraşdırılması daha fəal həyata keçirilib. May ayından bütün respublikada, xüsusilə Bakı və Mingəçevir şəhərində yerləşən 30287 obyekt üzrə POS-terminalların işlək vəziyyətdə olması yoxlanılıb, onlardan 1632-nin nasaz olduğu müəyyən edilib və 1430-u təmir olunaraq obyektlərə qaytarılıb. Bu qurğuların işlək vəziyyətdə olması yoxlanılan zaman POS-terminallardan istifadə qaydaları bir daha vergi ödəyicilərinə və ya onların işçilərinə əyani şəkildə göstərilib.

NAĞDSIZ DÖVRİYYƏ 12% ARTIB

Statistik göstəricilərə əsasən, POS-terminalların tətbiqinin genişləndirilməsi nağdsız dövriyyənin artmasına da tədricən təsir göstərməkdədir. Nağdsız ödənişlərin həcmi 2014-cü ilin ilk rübü ərzində 154 milyon manat olduğu halda, 2015-ci ilin müvafiq dövrü üzrə bu rəqəm 172 milyon manat təşkil edib, artım həcmi 18 milyon və ya 12% olub.

Vergilər Nazirliyi tərəfindən POS-terminallardan istifadənin üstünlükləri və istifadə qaydası barədə həm əhali, həm də vergi ödəyiciləri arasında mütəmadi məlumatlandırma işləri aparılır. Nazirliyin hazırladığı

Mənbə: http://www.marja.az/financial/news/bank/item/184092-vergil%C9%99r-nazirliyi-ciddi-n%C9%99zar%C9%99t%C9%99-g%C3%B6t%C3%BCr%C3%BCb.h

Vergilər bölümünün son xəbərləri

2019-08-20 | Sərnişin və yükdaşımada ƏDV ödəyiciləri üçün elektron qaimə-fakturaların təqdim edilməsi
2019-08-20 | Beynəlxalq daşımalar zamanı ƏDV necə tənzimlənir?
2019-08-19 | Əmlak vergisi hesablanarkən amortizasiya xərclərinin çıxılması qaydası
2019-08-19 | Sahibkarlar "Smart kassa" - yeni nəsil kassa aparatları vasitəsilə fəaliyyətlərini optimallaşdıra biləcəklər
2019-08-15 | Yükdaşıma şirkətinin ƏDV öhdəliyi
2019-08-14 | Neft məhsullarına görə ödənilən yol vergisi
2019-08-12 | Mehmanxana fəaliyyəti ilə məşğul olanlarla bağlı - VERGİLƏRDƏN AÇIQLAMA
2019-08-12 | Əczaçılıq fəaliyyətinin vergiyə cəlb olunması. Video
2019-08-12 | Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət tədbirlərini gücləndirib
2019-08-12 | Kassa çeklərinin təqdim edilməməsi ciddi maliyyə sanksiyalarına səbəb ola bilər

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!