Elektron qaimə-fakturalarda nələr dəyişib?

2020-02-24 | Vergilər | 2864

Vergi ödəyiciləri üçün vergi inzibatçılığının sadələşdirilməsi və vergi ödəyiciləri arasında aparılan əməliyyatlar üzrə sənədləşdirmədə çevikliyin təmin edilməsi məqsədilə 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minən Vergi Məcəlləsinə əsasən, elektron vergi hesab-faktura tam olaraq elektron qaimə-faktura ilə əvəz olunub. Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Bu ilə qədər vergi ödəyiciləri tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə qarşı tərəfə (alıcıya) elektron qaimə-faktura, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış ƏDV ödəyiciləri tərəfindən əlavə olaraq elektron vergi hesab-faktura təqdim edilirdi.

Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir:

  • malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;
  • malların qaytarılması barədə;
  • malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən;
  • malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə;
  • agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən;
  • agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə;
  • malların emala verilməsi barədə;
  • emal prosesi keçmiş malların qaytarılması barədə;
  • Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən.

    Fərdi sahibkarlara və hüquqi şəxslərə (vergi orqanında uçotda olan şəxslərə) malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilməlidir:

    • bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt;
    • əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə - malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində;
    • işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə - işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində;
    • bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində.

    Malların alış aktı ilə bağlı yeniliklərə gəldikdə isə 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinin qüvvəyə minən 71-2-ci maddəsinə əsasən, malların alış aktı elektronlaşdırılıb. Malların alışına görə ilkin olaraq kağız daşıyıcıda "Malların alış aktı" tərtib edildiyi halda, həmin alış aktı əsasında malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktı tərtib olunmalıdır. Artıq sahibkar vergi ödəyicisi olmayan şəxsdən mal aldığı zaman alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 (beş) gün ərzində elektron alış aktı tərtib etməlidir.

    Fərqanə ALLAHVERDİQIZI

    Mənbə: https://vergiler.az/news/taxes/7383.html

Vergilər bölümünün son xəbərləri

2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb
2022-12-19 | Vergi Xidməti bina tikən şirkətləri – BİR YERƏ TOPLADI – ƏDV İLƏ BAĞLI GÖRÜŞ

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!