Vergilər Nazirliyi daşınmaz əmlaka görə ƏDV-nin tutulması qaydalarını açıqlayıb

2015-02-08 | Vergilər | 513

Mənzilini 3 ildən tez satanlardan vergi tutulacaq.

Vergilər Nazirliyi daşınmaz əmlaka görə ƏDV tutulması qaydalarını açıqlayıb.

Nazirlikdən APA-Economics-in sorğusuna cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 102.1.9-cu maddəsinə əsasən vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəliri vergidən azaddır. Bu da o deməkdir ki, belə daşınmaz əmlak 3 ildən sonra satılarsa, o vergiyə cəlb olunmur. Başqa sözlə, evi 3 ildən tez satanlardan vergi tutulacaq.

"Qeyri-yaşayış sahəsi hesab olunan daşınmaz əmlakın (əsas vəsaitin, maddi aktivin) təqdim edilməsi hüquqi və fiziki şəxsin sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin XI fəslinin müddəalarına əsasən, belə daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlir ƏDV-yə, habelə mənfəət və gəlir vergisinə də cəlb edilir. Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 120 000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər", - deyə məlumatda bildirilir.

Məlumata əsasən, məcəllənin 219.1-ci maddəsinə əsasən hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (Vergi Məcəlləsinin 218.1.1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir.

"Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120 000,0 manatdan artıq olan şəxslər (Vergi Məcəlləsinin 218.1.1.1-ci və 218.1.1.3-cü maddələrində göstərilənlər istisna olmaqla) Vergi Məcəlləsinin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 120 000,0 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir", - deyə məlumatda vurğulanır.

Mənbə: http://az.apa.az/news/371831

Vergilər bölümünün son xəbərləri

2020-07-04 | Zərərlərin növbəti ilin gəlirləri hesabına kompensasiya edilməsi
2020-07-03 | Korporativ sosial məsuliyyət xərclərinin vergidən azadolunma meyarları
2020-07-01 | Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı mübarizə sahəsində vergi orqanlarına dəstək Tvinninq layihəsi başa çatıb
2020-06-22 | Taksi fəaliyyətinə görə ödənilən vergilərdə artım olubmu?
2020-06-22 | Zəruri ərzaq məhsullarının ƏDV-dən azad edilməsi
2020-06-19 | Riskli vergi ödəyicilərinə qarşı yoxlama və nəzarət tədbirləri
2020-06-21 | AR Vergi Məcəlləsində, Qiymətləndirmə fəaliyyəti haqqında və İcra məmurları haqqında AR qanunlarında dəyişiklik edilməsi barədə AR Qanunu
2020-06-16 | Vergi güzəştlərindan faydalanmaq üçün ilkin şərt intizamdır
2020-06-08 | ƏDV qeydiyyatında olan vergi ödəyiciləri üçün daha bir yenilik
2020-06-04 | Sahibkarlıq subyektləri üçün vergi güzəştləri və tətilləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!