Onlayn alış-verişdə ƏDV hesablanması

2020-02-23 | Vergilər | 263

Fiziki şəxsin bank hesabından onlayn mal alışı zamanı qeyri-rezidentə aparılan ödənişlərdən bank tərəfindən 18 faiz dərəcə ilə verginin tutulması ilə bağlı bəzi suallar yaranır.

Vergilər Nazirliyinin izahında bildirir ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Hesabdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Mənbə: https://vergiler.az/news/economy/7364.html

Vergilər bölümünün son xəbərləri

2020-03-28 | Artıq ƏDV-nin bir hissəsinin qayıtması mümkündür
2020-03-26 | ƏDV-nin qaytarılması
2020-03-26 | Vergilər Məcəlləsinə dəyişikliklər ediləcək
2020-03-26 | Spirtli və energetik içkilər üçün aksiz dərəcələri artırılır
2020-03-22 | Əlavə dəyər vergisinin qaytarılması QAYDASI
2020-03-22 | Prezident İlham Əliyev ƏDV-nin qaytarılması qaydasını təsdiq edib
2020-03-22 | Vergi Məcəlləsində azadolmalar və güzəştlər
2020-03-17 | Qeyri-rezidentlərə aid vergitutmada dəyişikliklər
2020-03-14 | Sabit vergi ödəyiciləri
2020-03-13 | Vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində meyarlar təsdiq edildi.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!