Peşəkar mühasiblərin Beynəlxalq Etika Məcəlləsi mövzusunda ödənişsiz seminar

2020-01-24 | Mühasibat uçotu | 791

Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı “Peşəkar mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” mövzusunda ödənişsiz seminar

Azərbaycan Respublikası Auditorlar Palatası və peşəkar mühasib təşkilatı kimi akkreditə olunmuş Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə mühasiblər üçün peşə etikasının fundamental prinsipləri və davranış standartlarını əks etdirən “Peşəkar mühasiblərin Beynəlxalq Etika Məcəlləsi” mövzusunda ödənişsiz seminar keçiriləcəkdir.

Peşəkar mühasib təşkilatı kimi öhdəsinə götürdüyü fəaliyyətlərin icrası məqsədilə növbəti illər ərzində ARPA İB üçün “Peşəkar İnkişafın Dəstəklənməsi” planı hazırlanmışdır. Plana əsasən, peşəkar mühasib sertifikasiyası üzrə təlimlər, MHBS, İSMUBS və KOS üçün MHBS-də illik yeniliklərlə bağlı seminar və təlimlər, milli qanunvericilikdə dəyişikliklərlə bağlı maarifləndirmə işi, mühasiblərin etika və davranış qaydalarının tətbiqinin keçirilməsidir.

Seminarda Auditorlar Palatasının peşəkar mütəxəssisləri təlimçi qismində çıxış edəcəkdir. Seminar 14 fevral 2020-ci il, saat 16:00-da Auditorlar Palatasının inzibati binasında keçiriləcəkdir.

Seminarda müzakirəsi nəzərdə tutulan mövzular:

  1. Beynəlxalq Mühasiblər Federasiyası və Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurası.
  2. Peşəkar Mühasiblərin Etika Məcəlləsi və Məcəllənin 2016-ci il nəşrinin məzmununa edilmiş dəyişikliklər.
  3. Auditorların Beynəlxalq Müstəqillik Standartları .

Seminarda iştirakınızı təsdiq etmək üçün ad, soyad, işlədiyiniz müəssisə, vəzifə və əlaqə vasitələrinizi info@arpa.az email ünvanına göndərərək qeydiyyatdan keçməyiniz tələb olunur.

Əlaqələndirici şəxs: Səbinə Nuruzadə

Tel: (+99412) 505 53 02; (+99455) 202 93 43

Ünvan: AZ1072, Bakı şəhəri, S.Y.Bakuvi küçəsi, 35

Mənbə:

Mühasibat uçotu bölümünün son xəbərləri

2020-07-07 | TTA STANDARTI: VERGİ MƏCƏLLƏSİ İLƏ IFRS-İN QARŞILAŞDIRILMASI MÖVZUSUNDA VEBİNAR
2020-06-23 | Malın və ya xidmətin (işin) adı nəzarət-kassa aparatının çekində qeyd edilməlidir
2020-04-24 | Nağdsız hesablaşmalar haqqında qanunda dəyişikliklər nəzərdə tutulub.
2020-03-09 | Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
2020-09-03 | Nağdsız hesablaşmalar
2020-02-28 | Balansdan silinən əsas vəsaitlərə görə verginin hesablanması
2020-01-24 | Peşəkar mühasiblərin Beynəlxalq Etika Məcəlləsi mövzusunda ödənişsiz seminar
2020-01-24 | Mühasibin hüquqları, vəzifələri və məsuliyyəti
2019-12-21 | Kassa çeklərində məlumatların sayı arta bilər
2019-12-10 | Bakı Hesabat Mərkəzi bir yaşını qeyd edib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!