Elektron qaimə-fakturalarla bağlı yenilik
2020-01-24 | Vergilər |Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, vergi ödəyiciləri 1 yanvar 2020-ci il tarixdən elektron qaimə-fakturalı əməliyyatın xarakterindən asılı olaraq elektron qaimə-faktura təqdim etməlidir.
Vergi Məcəlləsinin 71-1.5-ci maddəsinə əsasən, Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq doqquz növdə elektron qaimə-faktura verilir:
- malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;
 - malların qaytarılması barədə;
 - malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən;
 - malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə;
 - agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən;
 - agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə;
 - malların emala verilməsi barədə;
 - emal prosesi keçmiş malların qaytarılması barədə;
 - Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən.
 
Vergilər Nazirliyi artıq elektron qaimə-faktura ilə bağlı proqram təminatında səkkiz növdə elektron qaimə-faktura hazırlayıb. Belə ki, agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə elektron qaimə-faktura proqram təminatında aktiv deyil.
Vergi ödəyiciləri bu gündən etibarən qarşı tərəf olan vergi ödəyicilərinə elektron qaimə-fakturanı çeşidlərinə uyğun təqdim etməyə borcludur.
e-Qaimə (bütün vergi ödəyiciləri üçün) istifadəçi təlimatına keçid

Vergilər bölümünün son xəbərləri | 