Elektron xidmətlərindən istifadənin sentyabrın 1-dən etibarən yalnız "Asan imza" vasitəsilə həyata keçirilməsi müəyyənləşdirilib.

2013-08-16 | Vergilər | 395

Bu gün Azərbaycan Vergilər Nazirliyinin Vergilər Departamentində Asan Sertifikat Xidmətləri Mərkəzinin istismara verilməsi ilə İnternet Vergi İdarəsində hüquqi və fiziki şəxslərin onlayn qeydiyyatı, POS-terminalların onlayn qeydiyyatı, elektron vergi hesab-fakturasının göndərilməsi və s. əməliyyatlar üzrə vergi ödəyicilərinə göstərilən elektron xidmətlərə həsr olunmuş görüş keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, Departamentin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elman Dadaşov qeyd edib ki, İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, elektron xidmətlərin yüksək təhlükəsizlik tələblərinə cavab verən "Asan imza" vasitəsi ilə həyata keçirilməsi məqsədilə bu ilin may ayından Vergilər Nazirliyinin nəzdində Elektron imza üzrə Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) yaradılıb və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akkreditə edilib.

Qeyd olunub ki, əvvəllər Nazirliyin İnternet Vergi İdarəsinə daxil olmaq üçün verilən istifadəçi kodu və şifrədən istifadə edərkən ƏDV ödəyiciləri tərəfindən aparılan əməliyyatların imzalanması mümkün olmurdu ki, bu da müasir beynəlxalq təhlükəsizlik standartlarının tələblərinə cavab vermirdi. Bununla bağlı Vergilər Nazirliyi tərəfindən daha bir mühüm yeniliyə imza atılaraq yüksək təhlükəsizlik tələb edən elektron xidmətlərdən - "Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması" və "Elektron vergi hesab-fakturalarının qəbulu" elektron xidmətlərindən istifadənin sentyabrın 1-dən etibarən yalnız "Asan imza" vasitəsilə həyata keçirilməsi müəyyənləşdirilib.

E. Dadaşov bildirib ki, "Asan imza" xidmətinin aktivləşdirilməsinin ƏDV ödəyicilərinin vaxtlarına qənaət etməklə bu ilin sentyabrın 1-dək başa çatdırılması, bu işdə növbəliliyi, müraciətlərə operativ baxılmasını təmin etmək məqsədilə vergi ödəyiciləri qeydiyyat rayonları üzrə qruplaşdırılaraq onlara müəyyən edilmiş qrafik üzrə müraciət etmələri barədə bildirişlər göndərilir, həmçinin onların telefon vasitəsilə də məlumatlandırılmaları həyata keçirilir.

Sonra "Asan imza" xidmətinin aktivləşdirilməsi üçün müraciət edən vergi ödəyicilərinə xidmət göstərilən ünvanlar və iş qrafiki barədə ətraflı məlumat verilib.

Mənbə: www.apa.az

Vergilər bölümünün son xəbərləri

2020-07-04 | Zərərlərin növbəti ilin gəlirləri hesabına kompensasiya edilməsi
2020-07-03 | Korporativ sosial məsuliyyət xərclərinin vergidən azadolunma meyarları
2020-07-01 | Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı mübarizə sahəsində vergi orqanlarına dəstək Tvinninq layihəsi başa çatıb
2020-06-22 | Taksi fəaliyyətinə görə ödənilən vergilərdə artım olubmu?
2020-06-22 | Zəruri ərzaq məhsullarının ƏDV-dən azad edilməsi
2020-06-19 | Riskli vergi ödəyicilərinə qarşı yoxlama və nəzarət tədbirləri
2020-06-21 | AR Vergi Məcəlləsində, Qiymətləndirmə fəaliyyəti haqqında və İcra məmurları haqqında AR qanunlarında dəyişiklik edilməsi barədə AR Qanunu
2020-06-16 | Vergi güzəştlərindan faydalanmaq üçün ilkin şərt intizamdır
2020-06-08 | ƏDV qeydiyyatında olan vergi ödəyiciləri üçün daha bir yenilik
2020-06-04 | Sahibkarlıq subyektləri üçün vergi güzəştləri və tətilləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!