Kassa metodu

2019-12-21 | Vergilər | 4427

Vergi Məcəlləsinin 166-cı maddəsinə edilmiş dəyişikliyə əsasən, ƏDV tutulan əməliyyatın vaxtı kassa metoduna keçirilir. 1 yanvar 2020-ci il tətbiq olunacaq yeni metoda əsasən, vergi ödəyicisi nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı hesab edilir. İqtisadçı ekspert Anar Bayramov dəyişikliyin misallarla şərhini davam etdirir.

Misal 1.

ƏDV ödəyicisi olan "A" MMC 15 noyabr 2019-ci il tarixdə qarşı tərəfə 3.000 manatlıq mal təqdim edib. Malların elektron vergi hesab-fakturası 17 noyabr 2019-cu ildə təqdim olunsa da, malların dəyəri 2019-cu ildə yox, 30 yanvar 2020-ci il tarixdə ödənilib. Ödənişin 2020-ci il tarixdə daxil olmasına baxmayaraq, təklif edilən dəyişiklərin keçid müddəalarında qeyd edilir ki, 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi 1 yanvar 2020-ci ilə qədər mövcud olan qaydada həyata keçirilir.

Buna görə də cari Vergi Məcəlləsinə uyğun olaraq, ödəniş 30 gündən artıq ödənildiyi üçün, elektron vergi hesab-fakturası 5 gün ərzində təqdim edildikdə, elektron vergi hesab-fakturanın təqdim olunduğu tarix, 5 gün ərzində təqdim edilmədikdə isə elektron qaimə-fakturanın təqdim olunduğu tarix əsas götürülür.

Baxdığımız misalda elektron vergi hesab faktura 17 noyabr 2019-cu il tarixdə təqdim edildiyi üçün vergi ödəyicisi 540 (3000 x 18%) manatlıq ƏDV-ni 2019-cu ilin noyabr ayında bəyan edəcək.

Misal 2.

ƏDV ödəyicisi olan "A" MMC 17 dekabr 2019-ci il tarixdə 2000 manatlıq malları təqdim etsə də, malların dəyəri 7 yanvar 2020-ci il tarixdə ödənilib. Bu zaman 2019-cu il tarixdə qüvvədə olan Vergi Məcəlləsinin tələbi əsas götürülür. Vergi Məcəlləsinin 166-ci maddəsinin tələblərinə uyğun olaraq, ödəniş 30 gün müddətində təqdim olunarsa, əməliyyat tarixi, yəni 7 yanvar 2020-ci il əsas götürüləcək. Vergi ödəyicisi 2020-ci ilin yanvar ayı bəyannaməsində 360 (2000 manat x 18%) manatı bəyan edəcək.

Misal 3.

ƏDV ödəyicisi olan "A" MMC tərəfindən 24 dekabr 2019-cu ildə elektron vergi hesab-fakturası ilə təqdim olunan 6.000 manatlıq mallar üzrə ödənişlər iki dəfə həyata keçirilib, birinci dəfə 19 dekabr 2019-cu ildə, sonuncu dəfə 5 fevral 2020-cu ildə. Bu zaman 2019-cu il tarixdə qüvvədə olan Vergi Məcəlləsi əsas götürülür. Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, ödəmə tam olaraq 30 gündən artıq müddətdə həyata keçirildiyi üçün elektron vergi hesab-fakturası 5 gün ərzində təqdim olunarsa, o zaman elektron vergi hesab-fakturasının tarixi, əks halda isə elektron qaimə-fakturanın vaxtı əsas götürüləcək.

Misalımızda elektron vergi hesab-fakturası 5 gün ərzində təqdim olunduğu üçün 1.080 (6.000 manat x 18%) manatlıq ƏDV 2019-cu ilin dekabr ayında bəyan edilməlidir.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/6272.html

Vergilər bölümünün son xəbərləri

2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib
2025-09-29 | Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir
2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!