Kassa çeklərində məlumatların sayı arta bilər

2019-12-21 | Mühasibat uçotu | 337

Vergi Məcəlləsinə dəyişiklik nəticəsində istehlakçılar nisyə satış zamanı daha bir yenilikdən faydalanacaqlar. Məsələyə aydınlıq gətirən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, gələn ildən nəzarət-kassa aparatlarının (NKA) təqdim etdiyi məlumatların sayının artacağı gözlənilir.

Dəyişiklərdə NKA çeklərində olan məlumatların sayı artırılır və dəyişiklikdən sonra çeklərdə bu məlumatlar əks olunacaq:

  • ödənilmiş məbləğ;
  • müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);
  • nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
  • ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);
  • çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);
  • nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
  • geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.

Beləliklə, dəyişiklik sahibkarların işini yüngülləşdirəcək.

Əksər vergi ödəyiciləri iddia edirdilər ki, malların nisyə və ya bonus kimi verildiyi hallarda NKA çeki həmin malları üzrə ödənişlərin qəbul olunması mənasına gəlir və da uçot baxımdan müəyyən problemlər yaradır. Vergi Məcəlləsinə təklif edilən dəyişik nəticəsində bu boşluq da aradan qaldırılacaq.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/6305.html

Mühasibat uçotu bölümünün son xəbərləri

2020-01-24 | Peşəkar mühasiblərin Beynəlxalq Etika Məcəlləsi mövzusunda ödənişsiz seminar
2020-01-24 | Mühasibin hüquqları, vəzifələri və məsuliyyəti
2019-12-21 | Kassa çeklərində məlumatların sayı arta bilər
2019-12-10 | Bakı Hesabat Mərkəzi bir yaşını qeyd edib
2019-11-30 | İlkin uçot sənədlərində əməliyyatların baş verməsi tarixinin müəyyən edilməsi
2019-11-19 | Əsas vəsaitlər
2019-11-13 | Bank əməliyyatlarının rəsmiləşdirilməsi
2019-11-07 | Mühasibat uçotunda səhvlərin düzəldilməsi
2019-11-07 | Təhtəlhesab şəxslə bağlı əməliyyatların rəsmiləşdirilməsi
2019-11-01 | Gəlir və xərclərin uçotunun aparılması qaydası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!