Azərbaycana idxal olunan zərgərlik məmulatlarına aksiz dərəcələri tətbiqi edilə bilər

2015-01-03 | Vergilər | 347

Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın aksizli malların siyahısına aid edilməsi təklif olunur.

"APA-Economics"in məlumatına görə, vergilər nazirinin müavini Natiq Əmirov Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında deyib ki, bu məqsədlə Vergilər Məcəlləsinə dəyişikliyin edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.

Onun sözlərinə görə, sənəddə həmin mallar üzrə aksiz dərəcələrinin müəyyən edilməsi ilə bağlı müddəalar da yer alıb.

Dəyişikliklər qəbul olunsa, idxal olunan platinin hər qramına görə aksiz dərəcəsi 2 manat təşkil edəcək. Qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının aksiz dərəcəsi min çəki vahidindəki miqdarına görə müəyyənləşəcək. Belə ki, qızılın min çəki vahidindəki miqdarı 375 olduqda aksiz dərəcəsi hər qrama görə 0,8 manat, 500 olduqda hər qrama görə 1 manat, 585 olduqda hər qrama görə 1,2 manat, 750 olduqda hər qrama görə 1,5 manat, 958 olduqda hər qrama görə 1,8 manat, 999 olduqda hər qrama görə 2 manat olacaq. Bundan başqa, idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün aksiz dərəcəsi 200 manat olmaqla iki cür hesablanacaq. Əgər idxal olunan almazın bir ədədinin miqdarı 1 karatdan aşağıdırsa, aksizin məbləği almazın karatının miqdarına mütənasib olaraq azaldılacaq. Almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olsa, aksiz məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanacaq:

- 1 karatdan 2 karatadək olduqda - 2,0

- 2 karatdan 3 karatadək olduqda - 3,0

- 3 karatdan 4 karatadək olduqda - 4,0

- 4 karatdan 5 karatadək olduqda - 5,0

Karat 5-dən yuxarı olduqda - 10,0

Mənbə: http://az.apa.az/news/367643

Vergilər bölümünün son xəbərləri

2020-07-04 | Zərərlərin növbəti ilin gəlirləri hesabına kompensasiya edilməsi
2020-07-03 | Korporativ sosial məsuliyyət xərclərinin vergidən azadolunma meyarları
2020-07-01 | Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı mübarizə sahəsində vergi orqanlarına dəstək Tvinninq layihəsi başa çatıb
2020-06-22 | Taksi fəaliyyətinə görə ödənilən vergilərdə artım olubmu?
2020-06-22 | Zəruri ərzaq məhsullarının ƏDV-dən azad edilməsi
2020-06-19 | Riskli vergi ödəyicilərinə qarşı yoxlama və nəzarət tədbirləri
2020-06-21 | AR Vergi Məcəlləsində, Qiymətləndirmə fəaliyyəti haqqında və İcra məmurları haqqında AR qanunlarında dəyişiklik edilməsi barədə AR Qanunu
2020-06-16 | Vergi güzəştlərindan faydalanmaq üçün ilkin şərt intizamdır
2020-06-08 | ƏDV qeydiyyatında olan vergi ödəyiciləri üçün daha bir yenilik
2020-06-04 | Sahibkarlıq subyektləri üçün vergi güzəştləri və tətilləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!