Nağdsız ödənişlərin qəbulundan imtina edilərsə...
2019-12-10 | Vergilər | 3033Vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı vergi qanunvericiliyinin tələblərinin sərtləşdirilməsi aktuallaşıb. Parlamentdə qəbul edilən Vergi Məcəlləsinə son dəyişikliklərdə POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmasından və nağdsız ödənişlərin qəbul olunmasından imtina hallarına görə maliyyə sanksiyalarının tətbiqi təsbit edilib. Artıq 2020-ci ildən həmin obyektlərdə plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina faktlarının müəyyən edilməsi məqsədilə maliyyə sanksiyaları tətbiq olunacaq.
Təqvim ili ərzində ilk dəfə POS-terminalların quraşdırılmamasına və ya onu təqdim etməkdən imtina halına yol verdikdə sahibkarlıq subyektinə 1.000 manat, ikinci dəfə yol verdikdə 3.000 manat, üç dəfə və daha artıq yol verdikdə 6.000 manat maliyyə sanksiyası tətbiq olunacaq.
Vergi məsələləri üzrə ekspert Anar Bayramov mövzunu şərh edərkən bildirib: "Vergi ödəyicisini maraqlandıran məqam ondan ibarətdir ki, ondan asılı olmayan səbəbdən POS-terminal işləmədikdə, maliyyə sanksiyasının tətbiq olunması necə həyata keçiriləcək. Misal üçün, internet xidmətinin olmaması, POS-terminala xidmət göstərən bankın əməliyyat sistemində problemlərin mövcud olması və digər obyektiv səbəbdən ödənişi nağdsız qəbul etmək mümkün olmadıqda, vergi ödəyicisinə maliyyə sankiyası hansı əsasla tətbiq olunacaq? Təklifim ondan ibarətdir ki, nəzarət-kassa aparatının işləmədiyi halları tənzimləyən qaydalar POS- terminalara da şamil olunsun".
Vergilər Nazirliyinin Vergi siyasəti idarəsinin rəisi Samirə Musayeva məsələyə belə münasibət bildirib: "Sahibkarlıq subyektlərinin qanunsuz əməlləri ilə mübarizə aparmaq, həmçinin nağdsız hesablaşmaları stimullaşdırmaq üçün ötən il qanunvericiliyə edilən dəyişikliklərdən sonra hələ də pərakəndə ticarət və iaşə obyektlərində POS-terminalların quraşdırılmaması və ya quraşdırıldığı halda istehlakçıya ondan istifadə üçün şərait yaradılmaması hallarına rast gəlirik. Həmin hallara görə sahibkarlıq subyektlərinə maliyyə sanksiyalarının tətbiq eidlməsi nəzərdə tutulub. Bu növ maliyyə sanksiyaları nağd hesablaşmalar zamanı nəzarət-kassa aparatlarının quraşdırılmaması və ya çekin təqdim edilməməsinə görə mövcud olan sanksiyalara bərabər tutulur".
Xatırladaq ki, Nazirlər Kabinetinin 04.10.2012-ci il tarixli 219 saylı qərarına əsasən, POS-terminallar quraşdırılmalı olan obyektlərin siyahısı müəyyən edilib:
- dövriyyəsindən və ərazisindən asılı olmayaraq Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);
- dövriyyəsindən və ərazisindən asılı olmayaraq avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);
- rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq);
- hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq);
- göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq).

Vergilər bölümünün son xəbərləri |