Tikinti şirkətləri üçün vergi şərtləri dəyişdirilib

2019-12-06 | Vergilər | 4424

Milli Məclisdə qəbul edilən Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər. İqtisadçı ekspert Radil Fətullayev Azərbaycanda vergi ödəmə sistemi ilə bağlı iki əsas vergi rejiminin mövcud olduğunu xatırladaraq bildirib ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq tikinti şirkətləri bu rejimlərin hər birində fəaliyyət göstərərək vergi ödəyicisi ola bilirdilər: "Bununla yanaşı, Vergi Məcəlləsinin sadələşdirilmiş vergi ilə bağlı hissəsində qeyd olunub ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər də bu verginin ödəyiciləri ola bilərlər. Əgər bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs sadələşdirilmiş vergi ödəyicisi olurdusa, o zaman vergi mənfəətdən tutulmurdu. Sadələşdirilmiş vergi tikinti aparılan binanın sahəsini 45 manata, alınan rəqəmi zona əmsalı və qeyri-yaşayış obyekləri üçün 1,5 yüksəldici əmsala vurmaqla hesablanırdı".

Vergi Məcəlləsinə qəbul edilən son dəyişikliklərə əsasən, 1 yanvar 2020-ci ildən bina tikintisinə başlamış şəxslər yalnız gəlir (mənfəət) + ƏDV vergisi ödəyicisi olacaqlar. Bu halda bina tikintisi ilə məşğul olan şəxslər tərəfindən əldə edilən gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra yaranan fərqdən 20 faiz dərəcə ilə mənfəət/gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilməlidir. Qanunvericilikdə qəbul edilən yeniliyin tikinti bazarına müsbət təsir edəcəyini deyən R.Fətillayev tikinti şirkətlərinin mənzillərin qiymətlərini artıra biləcəyini də istisna etməyib.

Onu da deyək ki, gələn ildən vətəndaşlara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilməlidir. Vergi Məcəlləsinə edilən dəyişikliklərdə yaşayış və ya qeyri-yaşayış sahəsi alan vətəndaşlara güzəştlər də nəzərdə tutulub. Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva keçirdiyi brifinqdə bildirib ki, vətəndaş aldığı əmlakın dəyərini nağdsız qaydada təqdim etdikdə onun ödədiyi ƏDV-nin 30 faizlik hissəsi dövlət tərəfindən geri qaytarılacaq.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/6006.html

Vergilər bölümünün son xəbərləri

2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib
2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!