ƏDV-nin kassa metodu əsasında hesablanması mütərəqqi yeniliklərdən biridir

2019-12-05 | Vergilər | 3212

Dekabrın 3-də Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı keçirilən brifinqdə Nazirliyin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva əlavə və dəyişikliklərin əsas məzmunu, başlıca istiqamətləri, iqtisadi hədəfləri və alətləri haqqında kütləvi informasiya vasitələrinin nümayəndələrinə ətraflı məlumat verib. ƏDV inzibatçılığının təkmilləşdirilməsi istiqamətinə toxunan S.Musayeva qarşıdakı ildən etibarən ƏDV-nin kassa metodu əsasında hesablanmasının mütərəqqi yenilik olduğunu diqqətə çatdıraraq qeyd edib ki, dəyişikliyə qədər mövcud olan qayda ƏDV ödəyicilərinə inzibatçılığın qurulmasında çətinliyin yaranmasına və maliyyə yükü ilə üzləşməsinə səbəb olurdu. Belə ki, ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsinin qanunla müəyyən olunmuş bir neçə halla şərtləndirilməsi ƏDV inzibatçılığını mürəkkəbləşdirir və vergi ödəyicisinə ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsində çətinliklər yaradırdı. Eyni zamanda, bir çox hallarda təqdim edilmiş malların (işlərin, xidmətlərin) tam dəyəri alıcı tərəfindən ödənilmədiyi halda (və yaxud 30 gündən sonra ödənildiyi hallarda), satıcı daxil olmayan pul vəsaitinə görə ƏDV hesablamağa və ödəməyə borclu idi ki, bu da vergi ödəyicisinin maliyyə yükünü artırmış olurdu. Yeni dəyişikliklər isə ƏDV ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyən olunmasında inzibatçılığı əhəmiyyətli dərəcədə yüngülləşdirməklə yanaşı, vergi ödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə gətirib çıxaracaq.

Bu istiqamət ƏDV inzibatçılığı ilə bağlı bir neçə dəyişikliyi özündə əks etdirir. Bunlar - ƏDV tutulan əməliyyatın vaxtının təqdim edilmiş mala (işə, xidmətə) görə pul vəsaitinin vergi ödəyicisinin sərəncamına daxil olduğu vaxtla müəyyən edilməsi; ƏDV tutulan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi hallarının və vaxtının dəqiqləşdirilməsi və ödənilmiş ƏDV-nin elektron qaimə-faktura əsasında əvəzləşdirilməsi ilə bağlı yeniliklərdir.

Mənbə: https://vergiler.az/news/taxes/5959.html

Vergilər bölümünün son xəbərləri

2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib
2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!