Ödəmələr haqqında məlumat vermək öhdəliyi

2019-11-15 | Vergilər | 280

Vergi ödəyicilərinə maraqlı olan məsələlərdən biri də Vergi Məcəlləsinin 73-cü maddəsinin tələbləridir. Bu maddə ilə bağlı ortaya çıxan sualları sərbəst auditor Altay Cəfərov cavablandırır.

Vergi Məcəlləsinin 73-cü maddəsi ödəmələr haqqında məlumatın verilməsi məsələsini aydınlaşdırır. Görülmüş işlərin və ya göstərilmiş xidmətlərin haqqını ödəyən, yaxud hər hansı digər ödəmələr aparan şəxs, qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər haqqında vergi orqanına məlumat verməlidir. Ödəmələr haqqında məlumatların verilməməsinə görə hansı maliyyə sanksiyaları tətbiq edilir? Məlumatlar vergi orqanlarına necə təqdim edilməlidir? Ödəmələr dedikdə nə başa düşülür, hansı ödəmələr bura aid olunur?

Bura işlərə, xidmətlərə və həm də mallara görə ödənişlər aiddir. Bundan əlavə, bütün digər ödəmələr haqqında da məlumat vergi orqanlarına təqdim olunur.

Növbəti sual meydana çıxır ki, ödəmələr haqqında məlumatı kimlər verməlidir?

73-cü maddəyə əsasən, həm vergi ödəyiciləri, həm də vergi ödəyicisi kimi uçotda olmayan istənilən fiziki şəxs məlumatları verməlidir. Fiziki şəxlərin məlumatlandırılması ilə bağlı birbaşa qaydalar yoxdur.

Bəs vergi ödəyiciləri məlumatlandırmanı necə aparmalıdır?

Vergi ödəyiciləri məlumatlandırmanı, ilk növbədə, hesabatların, bəyannamələrin və arayışların təqdim edilməsi ilə aparırlar. Məsələn, ƏDV məqsədləri üçün mallara, işlərə və xidmətlərə görə ödəmələr aparılmışsa, ƏDV bəyannaməsinin təqdim edilməsi məlumatların təqdim edilməsi sayılır. Mənfəət vergisi məqsədləri üçün mənfəət vergisi, sadələşdirilmiş vergi və s. üzrə bəyannamələr verilməklə, vergi ödəyicilərinin könüllü və məcburi formada məlumatları təqdim edilmiş sayılır.

Bir çox hallarda isə əhalidən aldığı mallara görə birbaşa məlumatların təqdim edilməsi öhdəliyi vardır, amma prosedurlar hələlik yoxdur. Bütün hallarda məlumatlar icmal formada verilməlidir. Yəni belə vergi ödəyiciləri malların alış aktları ilə aldıqları və ödədikləri məbləğlər haqqında vergi orqanlarına açıqlamalar verməlidir. Bundan əlavə, vergi orqanları özləri də bunları vergi ödəyicisinin verdiyi illik gəlir və ya mənfəət vergisi bəyannaməsi üzrə müəyyənləşdirdiyi uyğunsuzluğu vergi ödəyicisinə gördərməklə həll etmiş olur. Yəni uyğunsuzluqlar haqqında bildiriş vergi ödəyicisinə göndərilir və vergi ödəyicisi məcburi formada məlumatları və sənədləri vergi orqanına göndərir.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/5533.html

Vergilər bölümünün son xəbərləri

2019-12-11 | Gələn ildən vergi ödəyiciləri 9 növ elektron qaimə-faktura verə biləcəklər
2019-12-10 | Vergi ödəyicilərinin uçotu
2019-12-10 | ƏDV tutulan əməliyyatın vaxtının hesablanması
2019-12-10 | Vergitutma məqsədləri üçün istifadə olunan bəzi anlayışların izahı - 3
2019-12-10 | Nağdsız ödənişlərin qəbulundan imtina edilərsə...
2019-12-06 | Vergitutma məqsədləri üçün istifadə olunan bəzi anlayışların izahı - 2
2019-12-06 | Tikinti şirkətləri üçün vergi şərtləri dəyişdirilib
2019-12-06 | Kameral vergi yoxlaması
2019-12-06 | Mənfəət və gəlir vergisi bəyannamələrinin tərtib edilməsində diqqət yetirilməli məqamlar
2019-12-06 | ƏDV tutulan əməliyyatın vaxtı necə hesablanacaq?

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!