Təhvil-təslim üçün vergi ödəyicilərinə vaxt veriləcək

2019-11-13 | Vergilər | 4174

Vergi tutulan vaxtın müəyyən edilməsi ilə bağlı vergi orqanı və vergi ödəyicisi arasında başa çatan ayın sonunda göstərilən xidmətlərə görə mübahisələrin yaranmasına son qoyulacaq.

Bakı Hesabat Mərkəzinin direktoru, auditor Mehdi Babayev bildirib ki, aylıq abunə şəklində göstərilən xidmətlərin bəzi hallarda ay sonunda qeydiyyatında çətinlik yaranır: "Xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olan, adətən, aylıq abunə şəklində (müntəzəm) xidmətlər göstərən təsərrüfat subyektləri (hüquq, vergi və mühasibat, məsləhət, tərcümə, internet, icarə, tədris və s. xidmətləri göstərənlər) ayın son iş günü başa çatdıqda, xidmətlər göstərilmiş hesab edilməsinə baxmayaraq, müəyyən səbəblərdən xidmətin təhvil-qəbulu prosesi növbəti aya keçir və ya keçə bilirdi. Həmin ayın son iş günü elektron qaimə-fakturanı göndərmək isə praktiki olaraq mümkün olmurdu. Həmin ay daxilində elektron qaimə-faktura göndərildiyi halda sifarişçi narazılıq edirdi ki, hələ ay başa çatmayıb və xidməti tam yoxlayıb təhvil almayıb. İcraçı (xidmət göstərən tərəf) da məcburiyyət qarşısında bu aya aid olan xidmətə aid elektron qaimə-fakturanı növbəti ayda göndərməli olurdu və belə elektron qaimə-faktura üzrə vergi tutulan vaxtın müəyyən edilməsində vergi orqanı və vergi ödəyicisi arasında mübahisəli hallar yaranırdı. Artıq bu problemin həlli Vergi Məcəlləsinə təklif olunan yeni əlavə və dəyişikliklərdə nəzərə alınıb".

Yeni əlavələr üzrə Məcəllənin 71-1.1.3-cü maddəsində işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən vergi ödəyicisi elektron qaimə-fakturanı işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində sifarişçiyə təqdim edə bilər.

Auditor həmin müddətin tikinti, təmir işləri ilə məşğul olan şirkətlər üçün kifayət etməyəcəyini ehtimal edir: "Bu məsələdə tikinti və təmir-tikinti işləri həyata keçirən şirkətlər tərtib etdikləri FORMA 2 sənədi üzrə işlərin təhvil-qəbulu zamanı vergi tutulan vaxtın müəyyən edilməsinin mübahisəsiz olduğuna əmin olmalıdırlar. Əks halda, tikinti şirkətləri əlavə faiz və maliyyə sanksiyaları ilə üzləşə bilərlər".

Mənbə: https://vergiler.az/news/taxes/5437.html

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!