Çalışmaq lazımdır ki, borclu olmayasan, xüsusilə də dövlət büdcəsinə...

2014-11-26 | Vergilər | 2302

Vergilərin dövlət büdcəsinə vaxtında və tam həcmdə ödənilməsi vergi ödəyicilərinin Azərbaycan Respublikasının Konstitusiyası və Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifəsidir.

Vergilər Nazirliyi Vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi, birinci dərəcəli müfəttiş Tural Quliyev

Son illər ölkəmizdə qanunla müəyyən olunmuş vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi və vergi borclarının yaranmasının qarşısının alınması, borcların alınmasında fərdi yanaşma prinsipinin tətbiqi ilə bağlı bir sıra əhəmiyyətli işlər görülmüşdür. Bütün bunlar vergi öhdəliklərinin yerinə yetirilməsinə və vergi borclarının azalmasına da öz təsirini göstərmiş, 2010-cu illə müqayisədə vergi borclarının ümumi məbləği 2,5 dəfəyə qədər azaldılmışdır.

Təkcə cari ilin 10 ayı ərzində vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4% azalmış, 209.988 vergi ödəyicisinin borcları tamamilə ləğv edilmişdir. Hazırda borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi cəmi 8,4% təşkil edir.

Bütövlükdə dövlət büdcəsinə vergi daxilolmalarının təxminən üçdə birini vergi inzibatçılığı tədbirləri və vergi borclarının alınması ilə məşğul olan qurumların fəaliyyəti nəticəsində daxilolmaların təşkil etdiyini nəzərə alaraq, bu yazıda vergi borcları və onların alınma üsulları barədə məlumat vermək istəyirik.

Hüquqi şərtlər

Vergi borclarının alınması prosedurları, əsasən, Vergi Məcəlləsi (VM) ilə müəyyənləşdirilir. Bununla yanaşı, həmin prosedurlar həyata keçirilərkən Mülki, Mülki-Prosessual, Cinayət məcəllələrinə, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına da istinad edilir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdir. Məhkəmə qərarına əsasən əmələ gələn tələb isə yalnız otuz il keçdikdən sonra qüvvəsini itirir (Mülki Məcəllənin 551.2.4-cü maddəsi).

İnzibati tədbirlər

Vergi borcları vaxtında ödənilmədikdə vergi orqanları tərəfindən bir sıra inzibati tədbirlər həyata keçirilir. Bunlardan biri ödənilməmiş vergi məbləğlərinə faizlərin hesablanmasıdır. VM-in 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi müəyyən edilmiş müddətdə ödənilmədikdə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1%-i məbləğində faiz tutulur. Bundan başqa, vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirmədikdə vergi orqanı VM-ə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsi barədə vergi ödəyicisinə bildiriş göndərir.

Vergi Məcəlləsinin 65.1-ci və 65.2.1-ci maddələrinə əsasən, vergi borcları bildirişdə göstərilən müddətdə ödənilmədikdə vergi orqanları tərəfindən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması üçün kredit və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncamlar verilir. Borclu vergi ödəyicilərinin bank hesablarına sərəncamların qoyulması nəticəsində 2013-cü ildə 22,4 milyon manat, cari ilin ötən dövrü ərzində isə 27,1 milyon manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

Əmlakın siyahıya alınması

VM-in 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alınır. Məcəllənin 89.4-cü maddəsinə görə, vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alınır. Vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə 2014-cü ilin 10 ayı ərzində vergi orqanları tərəfindən əmlakın siyahıya alınması barədə 67.404 sayda qərar açılmış, bu qərarlardan 72,6%-i vergi borcu ləğv edildiyi üçün bağlanılmış, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 1 milyon 478,7 min manat borc məbləğini əhatə edən 693 məhkəmə qətnaməsi qəbul olunmuşdur. Ümumilikdə, əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 52,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

Onu da qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsinin 303.1-ci maddəsinə əsasən siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsinə görə həmin şəxslər cinayət məsuliyyəti daşıyırlar.

Siyahıya alınan əmlak müəyyən edilərkən avtonəqliyyat vasitələrinə xüsusi diqqət yetirilir. VM-in 23.1.15-1-ci və 23.1.16-cı maddələrinə əsasən, avtonəqliyyat vasitələrinin cərimə meydançalarına yerləşdirilməklə üzərlərinə həbs qoyulması və borc məbləğinin həmin avtonəqliyyat vasitələrinə yönəldilməsi məqsədilə aidiyyəti məhkəmə orqanlarına müraciətlər edilir. Cari il ərzində vergi ödəyicilərinin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 11.589 vergi ödəyicisinin 12 milyon manatdan çox borcunun dövlət büdcəsinə alınması təmin edilmiş, 501 vergi ödəyicisi tərəfindən avtonəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərlərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul olunmuşdur.

Operativ vergi nəzarəti

VM-in 23.1.3-cü və 50-1-ci maddələrinə əsasən, istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) operativ vergi nəzarəti növü olan xronometraj metodu ilə müşahidə aparılır. Məcəllənin 50.1-ci və 50.2.3-cü maddələrinə əsasən isə vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması məqsədilə anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) vergi öhdəliklərinin təmini üsulu kimi operativ vergi nəzarəti həyata keçirilir.

Borclu vergi ödəyicilərində vergi borclarının alınması strukturları tərəfindən son 10 ay ərzində xronometraj metodu ilə keçirilmiş müşahidələr nəticəsində həmin vergi ödəyicilərinin vergi tutulan dövriyyələrinin az göstərilməsi və dolayısı ilə vergilərin az bəyan edildiyi aşkar olunaraq müvafiq tədbirlər görülmüş, nəticədə onların vergi tutulan dövriyyələri 1,8 dəfə artırılmışdır.

Borc məbləğinin məhkəmə qərarı ilə məcburi qaydada alınması

Vergi Məcəlləsinin 23.1.15-1-ci və 23.1.16-cı maddələrinə əsasən, borc məbləğinin vergi ödəyicisindən məcburi qaydada alınması məqsədi ilə aidiyyəti məhkəmə orqanlarına müraciətlər edilir.

Cari ilin 10 ayı ərzində vergi orqanları tərəfindən 154.040,6 min manat məbləğində vergi borcu olan 5785 vergi ödəyicisi üzrə məhkəmələrə edilmiş müraciətlər əsasında 128.922,5 min manat məbləğində vergi borcu olan 4785 vergi ödəyicisi barəsində iddialar təmin edilmiş, 208 vergi ödəyicisi üzrə isə 809,9 min manat məbləğində vergi borcu ödənildiyi üçün borcun ödənilməsinə dair qərardadlar qəbul olunmuşdur.

Borclu fiziki şəxslər inzibati qaydada həbs oluna bilər

Vergi Məcəlləsinin 23.1.16-cı maddəsinə əsasən, borclu fiziki şəxslərə inzibati həbs tətbiq olunması üçün məhkəmələrə təqdimat verilməsi məqsədi ilə müvafiq icra məmurlarına müraciətlər edilir. İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsində isə göstərilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslərə işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Borclu vergi ödəyiciləri cinayət məsuliyyətinə cəlb oluna bilər

VM-in 23.1.12-ci maddəsinə və "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"nin 11.16-cı bəndinə əsasən, cinayət tərkibi yaradan vergi borcu materialları ibtidai istintaq qaydasında araşdırılması məqsədi ilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilir.

Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, xeyli miqdarda (iki min manatdan əlli min manatadək olan məbləğ) və ya külli miqdarda (əlli min manatdan yuxarı olan məbləğ) vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab edilir. Bununla əlaqədar xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə cari il ərzində 690 vergi ödəyicisi üzrə 28,9 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmişdir.

Əsas məqsəd yayındırılmış vergilərin dövlət büdcəsinə ödənilməsidir

Vergilər Nazirliyinin əsas məqsədi vergidən yayınan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi deyil, yayındırılmış vergi məbləğlərinin dövlət büdcəsinə ödətdirilməsidir. Məsələn, 3,2 milyon manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılmasına görə “Azərinşaatservis” MMC-nin rəhbəri və baş mühasibi barəsində cinayət işi açılmış, yayındırılmış vergi məbləği tamamilə ödənildiyindən və həmin şəxslər cinayət əməlini ilk dəfə törətdiklərindən başlanılmış cinayət işinə xitam verilmişdir.

Cari ilin 10 ayı ərzində 145 iş üzrə 1 milyon 411,6 min manat məbləğində yayındırılmış vergi məbləği dövlət büdcəsinə ödənildiyi üçün həmin şəxslər barəsində cinayət işi başlanılmamış və ya başlanılmış cinayət işlərinə xitam verilmişdir.

Yayındırılmış vergi məbləğlərini ödəməyən vergi ödəyiciləri barəsində isə qanunvericilikdə nəzərdə tutulan daha sərt tədbirlər görülür. Məsələn, «Kənan-P» MMC-nin fəaliyyətinə faktiki rəhbərlik edən Elqan Hikmət oğlu Vəliyev 1,05 milyon manat məbləğində əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayındığına görə barəsində açılmış cinayət işi üzrə təqsirli bilinərək məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Qeyd edilməlidir ki, şəxsin məhkum olunması heç də onu vergi öhdəliyinin yerinə yetirilməsindən azad etmir. Belə ki, həmin şəxs cəzasını çəkib qurtardıqdan sonra yayındırdığı vergiləri ödəməlidir və 30 il ərzində borc ondan tələb ediləcəkdir.

Borc məbləğinin nizamnamə kapitalındakı paya yönəldilməsi

VM-in 23.1.15-1-ci və 23.1.16-cı maddələrinə əsasən, borclu vergi ödəyicisinin vergi borclarının ödənilməsinin təmini üsulu kimi siyahıya alınmalı əmlakı olmadıqda və ya kifayət qədər əmlakı olmadıqda, habelə əmlakın satışından daxil olan pul vəsaiti vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsi üçün kifayət etmədikdə və ya əmlak qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərracda satılmadıqda borclu vergi ödəyicilərinin digər əmlaklarının müəyyən edilməsi üçün həmin şəxslərin məhdud məsuliyyətli cəmiyyətdə, ortaqlıqda və ya kooperativdə təsisçi olub-olmamaları araşdırılır.

Təsisçi olduqları təqdirdə, borc məbləğinin onun həmin hüquqi şəxsin nizamnamə kapitalındakı payına uyğun hissəsinə yönəldilməsi məqsədilə ilk olaraq hüquqi şəxslərə, bu nəticə vermədikdə isə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciətlər edilir. Qanunvericiliyə əsasən, hüquqi şəxsin təsisçisi borclarını ödəyə bilmədikdə həmin borc onun təsisçisi olduğu hüquqi şəxsdən tələb oluna bilər. Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu vergi ödəyicilərinin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində son 10 ay ərzində 1107 vergi ödəyicisi üzrə 952,7 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

Borc məbləğinin əməkhaqqına yönəldilməsi

VM-in 23.1.15-1-ci və 23.1.16-cı maddələrinə əsasən, borclu fiziki şəxs hər hansı bir yerdə muzdlu işçi kimi çalışdıqda, borc məbləğinin onun muzdlu işlə əlaqədar gəlirlərinə yönəldilməsi məqsədilə aidiyyəti məhkəmə orqanlarına müraciətlər edilə bilər. Bununla əlaqədar olaraq, dövlət büdcəsi qarşısında borcları olan fərdi sahibkarların muzdlu işlə əlaqədar gəlirlərinin olub-olmamasının dəqiqləşdirilməsi üçün həmin şəxslərin rəsmi iş yerləri barədə məlumatların alınması məqsədilə Dövlət Sosial Müdafiə Fonduna müraciət edilir.

Nəticələr Vergilər Nazirliyi tərəfindən təhlil olunaraq qanunauyğun tədbirlərin görülməsi məqsədilə müvafiq yerli vergi orqanlarına təqdim edilir.

Tələbin icraya yönəldilməsi

VM-in 23.1.16-cı maddəsinə əsasən, borc məbləğinin tələbin icraya yönəldilməsi qaydasında tutulması məqsədilə icra məmurlarına müraciətlər edilir.

Qanunvericiliyə görə, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası məhkəmə icraçıları tərəfindən həyata keçirilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Vergi orqanları tərəfindən cari ilin 10 ayı ərzində 2.261,5 min manat məbləğində vergi borcu olan 2785 vergi ödəyicisi haqqında tələbin icraya yönəldilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir ki, həmin ödəyicilərdən 1169-u və ya 42%-i artıq borclarını ödəmişlər.

Borclu fiziki şəxslərin ölkədən getmək hüquqları məhdudlaşdırılır

VM-in 23.1.16-cı maddəsinə əsasən, borclu fiziki şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə müvafiq icra məmurlarına müraciətlər edilir. "İcra haqqında" Qanunun 84-1.1-ci maddəsində isə göstərilir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Vergi orqanları tərəfindən cari ilin 10 ayı ərzində borclu fiziki şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar icra məmurlarına edilmiş müraciətlər üzrə onların verdikləri təqdimatlar əsasında məhkəmələr 39 vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərarlar qəbul etmişdir. Həmin şəxslərdən 6 nəfəri dövlət büdcəsinə olan borclarını tam həcmdə ödədiklərinə görə, onlara tətbiq olunmuş məhdudiyyətlər ləğv edilmişdir. Ölkədən getmək hüququ məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytında da yerləşdirilir.

Hər bir borclu vergi ödəyicisinə fərdi yanaşılır

Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsi tərəfindən borclu vergi ödəyiciləri barədə məlumat bazası yaradılmış və həmin vergi ödəyiciləri müvafiq meyarlar nəzərə alınmaqla risk qrupları üzrə təsnifləşdirilmişdir. Borclu vergi ödəyiciləri barədə məlumat bazasının yaradılması vergi borcunun ödənilməsi istiqamətində daha tez nəticə verə biləcək metodların seçilməsinə, borclu vergi ödəyicilərinin müvafiq risk qruplarına ayrılması isə həmin ödəyicilər üzrə görülmüş və görüləcək işlərə nəzarətin daha səmərəli şəkildə həyata keçirilməsinə kömək edir. Məlumatlar Vergilər Nazirliyi tərəfindən hər ay yenilənərək yerli vergi orqanlarına təqdim edilir və onlara borcların dövlət büdcəsinə alınması ilə bağlı lazımi əməli köməklik göstərilir.

Vergi borclarının alınması sahəsində beynəlxalq təcrübə

Məlum olduğu kimi, Vergilər Nazirliyi Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və digər nüfuzlu beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Vergi sahəsində keçirilən beynəlxalq tədbirlər zamanı təşkil olunan təcrübə mübadiləsi də vergi borclarının idarə olunmasında böyük rol oynayır. 2012-ci ildə IOTA-nın «Vergi borclarının idarə edilməsi» üzrə işçi qrupunun iclası Bakıda keçirilmişdir. Həmin iclas zamanı bir çox qabaqcıl ölkələrin vergi ödəyicisinin əmlakı olmadıqda vergi borcunun alınması mexanizmləri, borcların alınması məqsədi ilə icra məmurları ilə qarşılıqlı fəaliyyətin təşkili, borcların alınması üçün yeni mənbələrin müəyyən olunması sahəsində təcrübələri öyrənilərək təhlil edilmişdir.

Respublikamızda mövcud qanunvericiliyə müvafiq olaraq siyahıya alınmış əmlakın satılması yalnız məhkəmə qərarı ilə həyata keçirilir. Beynəlxalq təcrübədə isə bu proses bir qədər fərqlidir. Məsələn, ABŞ-da vergilər vaxtında ödənilməzsə, Daxili Gəlirlər Xidməti tərəfindən vergi ödəyicisinin əmlakı müsadirə olunur və hərraclar vasitəsilə satılır. Hərracların (onlayn və ya adi) keçirilməsi haqqında məlumatlar ictimaiyyətə rəsmi internet səhifələri ilə yanaşı, avtomatik SMS və elektron ünvanlara məlumatların göndərilməsi yolu ilə çatdırılır.

Türkiyə Respublikasında vergi orqanı öz qərarı ilə vergi ödəyicisinin əmlakı üzərinə həbs qoyur. Həmin əmlakın satılması ilə bağlı bütün işləri də vergi orqanlarının əməkdaşları həyata keçirirlər. Böyük Britaniyada Gəlirlər və Gömrük Administrasiyası borclu vergi ödəyicilərinin əmlaklarını müsadirə etmək, satışını onlayn və adi formatda təşkil etmək hüququna malikdir. Əmlakı siyahıya alınmış vergi ödəyicisi bir ay ərzində siyahıya alınmanın qanunsuz olduğuna dair məhkəməyə müraciət etməklə, siyahıya alınmanın qanunauyğunluğunu məhkəmə qaydasında mübahisələndirə bilər. Əgər vergi ödəyicisi 1 ay ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etmirsə, siyahıya alınmış əmlaka sahiblik hüququ vergi administrasiyasına keçir.

Macarıstanda müsadirə edilmiş əmlakların satışı Milli Vergi və Gömrük Administrasiyası tərəfindən onlayn və ya adi formada həyata keçirilir. Çex Respublikasında əmlakın satışı Vergi Məcəlləsinin 194-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, daşınar və daşınmaz əmlakın satışı vergi orqanı tərəfindən həyata keçirilir. Bolqarıstanda 2010-cu ilin yanvar ayından etibarən Milli Vergi Agentliyi borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınmasını və hərraclar vasitəsilə satışını həyata keçirir. 2012-ci ilin yanvar ayından isə vergidən yayınan ödəyicilərin müsadirə edilmiş əmlakları vergi orqanının yaratdığı onlayn mağaza vasitəsilə satışa çıxarılır, mallar onlayn hərraclar vasitəsilə satılır. Keçirilmiş hərracda mallar satılmadıqda növbəti hərracda malın qiyməti 10% aşağı salınır.

Ümumiyyətlə, beynəlxalq təcrübədə vergi borclarının alınması istiqamətində son illər daha sərt tədbirlərin görülməsinə üstünlük verilir.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi isə vergi borclarının alınmasında ilkin mərhələdə maarifləndirmə və izahat işləri aparılmaqla borcların dövlət büdcəsinə alınmasını təmin etməyə çalışır, bu tədbirlər nəticə vermədikdə, qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirləri tətbiq etməklə borcların alınmasını təmin edir.

Mənbə: http://az.trend.az/business/economy/2337363.html

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!