Artıq ödənilmiş vergilərin qaytarılması

2019-09-25 | Vergilər | 2734

Artıq ödənilmiş vergilərin, sosial sığorta haqlarının, işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının geri qaytarılması ilə bağlı Vergi Məcəlləsində dəyişikliklər və bunun əsasında müəyyən normativ aktlara da əlavələr edilib. Məcəllədə bu yönümdə əlavələr vergi ödəyiciləri üçün xüsusi bir stimul yaradan, vergi hesablamalarının, vergi bəyannamələrinin daha düzgün aparılmasına, təqdim edilməsinə şərait yaratmış amillərdəndir. Amma müddəaları təhlil edəndə, eləcə də əməli fəaliyyətdə müxtəlif qaranlıq məqamların olduğunu görürük. Bundan əlavə çoxlu vergi ödəyiciləri, mühasiblər bununla bağlı suallarını bildirirlər və normativ aktlarda boşluqların olduğunu qeyd edirlər. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi ödəyicisinin vergilər, sosial sığorta, işsizlikdən sığorta haqları, onların faizləri və maliyyə sanksiyaları üzrə artıq ödəmələri müxtəlif səbələrlərdən yarana bilər. Məcəllənin və NK qərarına diqqətlə nəzər yetirsək, görərik ki, geri qaytarılma proseduru iki yerə bölünüb (ƏDV üzrə və digər vergilər üzrə). Məcəllənin 87-ci maddəsi ümumi prinsiplər, 179-cu maddə isə xüsusi olaraq ƏDV üçün nəzərdə tutulub. Bundan əlavə, NK qərarında hər iki hal üçün müddəalar vardır. Vergilər, sosial sığorta, işsizlikdən sığorta haqları, onların faizləri və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin vergi ödəyicisinə geri qaytarılması ilə bağlı olan ən vacib məqam müddət məsələləridir.

Yəni artıq ödənişlərin hansı müddətə geri qaytarılmasıdır. İlkin olaraq normativ aktlara baxdıqda görünür ki, müddətlər əməliyyatların xarakterinə görə 20 gün, 45 gün və 4 aydır.

179-cu maddədə ƏDV-nin geri qaytarılması konkret bir dövr - hesabat dövrü üçün nəzərdə tutulub. ƏDV üçün hesabat dövrü aydır. Odur ki, vergi ödəyiciləri məbləği geri almaq istəyirlərsə, onda konkret bir ay üzrə və ya hər ay üçün ayrı-ayrılıqda ərizə verə bilərlər. Əgər ayları birləşdirirək əzirə vermək istəsələr, onda 179-cu maddə yox, 87-ci maddənin (ümumi prinsiplər) tələbləri tətbiq ediləcəkdir.

Vergi Məcəlləsinin 38.3.-cü maddəsində növbədənkənar vergi yoxlamalarının keçirilməsi halları əks olunub. Maddənin 38.3.4.-cü bəndinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda vergi orqanları növbədənkənar səyyar vergi yoxlamasını həyata keçirə bilərlər. Əlbəttə, belə hallarda səyyar yoxlama keçirilməyə də bilər. Amma faktiki olaraq vergi orqanları artıq ödənilmiş məbləğlərin həqiqiliyinə əmin olmaq üçün hökmən səyyar yoxlama aparılması üçün qərar açacaq.

Səyyar yoxlama ilə bağlı tələb həm ƏDV-nin, həm də digər vergi və haqların geri qaytarılmasına şamil olunur. Nazirlər Kabinetinin qərarında geri qaytarılma üçün rəyin verilməsi müddətləri nəzərdə tutulub. 20 gün üçün 12 gün ərzində rəy, 45 gün üçün 25 gün ərzində rəy və 4 ay üçün 3 ay ərzində rəy müddəti yazılıb. Yəni bu müddətlərdə vəsaitin geri qaytarılması üçün rəylər hazırlanmalıdır.

Bəs bu müddətlərdə səyyar yoxlama açılırmı və ya səyyar yoxlamanın taleyi necə olur? Suala cavab tapmaq üçün Vergi Məcəlləsinin 87.3-cü maddəsinə nəzər yetirməliyik. Həmin maddəyə görə, başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Deməli, Məcəlləyə görə səyyar yoxlama açıla bilər və səyyar yoxlamanın nəticələrinə əsasən həqiqətən də ərizədə göstərilən məbləğ qədər vergilər, faizlər, maliyyə sanksiyaları artıq ödənildiyi müəyyənləşsə, onda rəy verilir və bundan ƏDV sonra geri qaytarılır.

Burada növbəti bir sual yaranır: səyyar vergi yoxlaması açılıbsa, onu qısa müddətdə yekunlaşdırmaq olarmı?

Misal:

Tutaq ki, "AA" MMC 400.000 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəyib və illik mənfəət vergisi bəyannaməsində səhvən xərcləri artıraraq mənfəət vergisini 250.000 manat kimi yazıb. Fəaliyyətini dayandırdığından qərara gəlib ki, şəxsi vərəqədə artıq ödəmə kimi qalan 150.000 manatı geri alsın və bununla bağlı müvafiq formada ərizə verib.

Qaydalara görə vəsait maksimum 45 gün ərzində geri qaytarılmalıdır. Bu zaman üç hal baş verə bilər:

Vergi orqanları səyyar yoxlama aça bilər.

Səyyar yoxlama 25 gün müddətində qurtarmaya bilər.

Nəticələrə görə 150.000 manat geri qaytarılmaya, bu məbləğdən "AA" MMC əlavə 50.000 manat vergi ödəməlidir.

Nazirlər Kabinetitnin qərarından aydın olur ki, bütün hallarda vergi orqanları səyyar yoxlama üzrə 25 gün ərzində nəticəyə gəlməlidir. Yəni həqiqətən də artıq ödəmə vardırsa, müsbət rəy yazıb müvafiq orqanlara təqdim etməlidir ki, sonrakı günlərdə 150.000 manat ödənişi təmin etsinlər. Əlavə hesablama olduqda ərizə təmin edilmir, səyyar yoxlama davam edir və nəticəsi kimi əlavə hesablamalar aparılır, Nazirlər Kabinetitnin qərarındakı sonrakı müddət qüvvəsini itirir.

Odur ki, vergi ödəyiciləri geriqaytarma məsələlərində diqqətli olmalı, hesablamaları əvvəlcədən dəqiq aparmalıdırlar.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/4429.html

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!