Paşa Bank Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasına (ARPA) üzv oldu

2019-09-18 | Mühasibat uçotu | 2527

Özünəməxsus inkişaf strategiyasına malik olan, rəqəmsal transformasiya təşəbbüslərini reallaşdıran, Azərbaycanın ən nüfuzlu korporativ banklarından biri hesab olanan Paşa Bank ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında korporativ üzvlüyə dair müqavilə imzalanmışdır. Bununla da, ARPA-ya üzv olan və korporativ üzvlüyün təqdim etdiyi üstünlüklərdən istifadə edən qurumlar sırasına ölkənin iqtisadi dayanıqlılıq və sabitliyində mühüm rol oynayan qurumlardan daha biri əlavə olunmuşdur.

ARPA-nın korporativ üzvlük siyasətinin belə mötəbər biznes qurumları tərəfindən dəstəklənməsi ölkə sərhədləri daxilində mühasiblər və risklərin idarə edilməsi sahəsində fəaliyyət göstərən şəxslər və maliyyə sektorunun digər nümayəndələri üçün vacib platforma hesab olunan ARPA-nın həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.

Qeyd etmək lazımdır ki, ARPA 2009-cu ildən etibarən risklərin idarə edilməsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı kimi formalaşmış və daha sonra mühasibləri də öz əhatəsinə alaraq fəaliyyət istiqamətini daha da genişləndirmişdir. Hazırda mühasibat uçotu üzrə milli qanunvericiliyə edilmiş dəyişikliklərə müvafiq olaraq, ARPA Azərbaycanda peşəkar mühasiblərin yetişdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir.

Mənbə: www.arpa.az

Mühasibat uçotu bölümünün son xəbərləri

2022-12-09 | Müəssisələr vergi hesabatları ilə yanaşı, mühasibat uçotunun da hesabatlarını təqdim etməlidirlər
2021-02-04 | Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları təsdiqlənib
2021-02-03 | Peşəkar Mühasib Sertifikasiyası imtahanı ilə bağlı sual-cavab MÖVZUSUNDA VEBİNAR
2021-01-29 | Uçot və hesabatlılıq sistemi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən qurulmalıdır
2021-01-08 | Mühasibat uçotu haqqında qanunda dəyişiklik edildi
2020-07-07 | TTA STANDARTI: VERGİ MƏCƏLLƏSİ İLƏ IFRS-İN QARŞILAŞDIRILMASI MÖVZUSUNDA VEBİNAR
2020-06-23 | Malın və ya xidmətin (işin) adı nəzarət-kassa aparatının çekində qeyd edilməlidir
2020-04-24 | Nağdsız hesablaşmalar haqqında qanunda dəyişikliklər nəzərdə tutulub.
2020-03-09 | Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
2020-09-03 | Nağdsız hesablaşmalar

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2023.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!