Əsas vəsaitlərin satışından mənfəətin, zərərin, gəlirlərin yaranma məsələləri

2019-09-12 | Vergilər | 275

Təsərrüfat subyektlərində əsas vəsaitlərlə bağlı müxtəlif əməliyyatlar aparılır. Hər bir müəssisə və təşkilatda tez-tez rast gəlinən əməliyyatlardan biri əsas vəsaitlərin satışıdır. Əsas vəsaitlərin satışından mənfəətin, zərərin, gəlirlərin yaranması ilə bağlı məsələlər, xüsusilə təsərrüfat subyektlərində uçot, həmçinin vergitutma bazasına aid çətinliklərlə bağlı ortaya çıxan sualları iqtisadçı ekspert Altay Cəfərov şərh edir.

Misal: Tutaq ki, AA MMC-nin uçotunda ilkin dəyəri 5000 manat olan əsas vəsait vardır. Hesablanılmış amortizasiya 1000 manat və yenidən qiymətləndirmədən sonra balans dəyəri 6000 manat olmuşdur. MMC əsas vəsaiti 8000 manata satmaq istəyir. Bundan əlavə, AA MMC-nin törəmə müəssisəsi vardır və qalıq dəyərin 2000 manat olan əsas vəsitini əvəzsiz olaraq törəmə müəssisə vermişdir. AA MMC qalıq dəyəri 1000 manat olan əsas vəsaiti 400 manata satmışdır.

Göründüyü kimi, burada bir-birindən fərqli üç əməliyyat vardır. Sual meydana çıxır ki, bu əməliyyatlarda gəlir, xərclər neçə uçota alınmaldır.

Bunun üçün Vergi Məcəlləsinin 142-ci maddəsinə nəzər yetirməliyik.

Maddə 142. Aktivlər təqdim edilərkən gəlir və zərər

142.1. Aktivlərin təqdim edilməsindən əldə edilən gəlir, aktivlərin təqdim edilməsindən daxilolmalar və aktivlərin bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı müsbət fərq deməkdir. Aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.

142.2. Aktivlərin təqdim edilməsindən yaranan zərər aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin bu Məcəllənin 143-cü maddəsinə müvafiq surətdə müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.

Birinci əməliyyatda gəlir 8000-(5000-1000) = 4000 manat olacaqdır. Baxmayaraq ki, burada əsas vəsait yenidən qiymətləndirilmişdir və onun dəyəri 6000 manat olmuşdur, gəlir kimi Məcəllənin 143-cü maddəsində formalaşan dəyər və təqdim edilmə dəyəri əsas götürülür. İkinci əsas vəsait isə əvəzsiz olaraq verilmişdir. Bu halda da 142-ci maddədə açıqlamalar verilmişdir. Göründüyü kimi, qalıq dəyəri 2000 manat olan əsas vəsaitin bazar qiymətini hesablamalıyıq. Bazar dəyərinin hesablanılması Məcəllənin 14-cü maddəsi ilə tənzimlənir. Nəzərə alaq ki, həmin əsas vəsaitin bazar dəyəri 4000 manatdır. Bu halda isə əməliyyatdan gəlir (4000-2000) = 2000 manat olacaqdır.

Üçüncü əməliyyat da çox maraqlı bir haldır. Əsas vəsait zərərlə, yəni qalıq dəyəri 1000 manat olan əsas vəsait 400 manata satılmışdır. İlkin olaraq görünür ki, Məcəllənin 142.2.-ci maddəsinə görə uçotda və vergi hesabatlarında (400-1000) = (600) manat zərər kimi əks olunmalıdır. Amma əvvəlcə 142.1-ci maddəyə bir daha nəzər yetirməliyik. Maddənin sonunda əvəzsiz əsasla və ya güzəştli qiymətdə satılanda bazar qiyməti üzrə hesablamaların aparılması yazılmışdır. Odur ki, vergi orqanları aşağı dəyər ilə satılmış əsas vəsaiti güzəştli əsaslarla satılmış əsas vəsait kimi nəzərə ala bilər. Bu zaman bazar qiymətləri əsas götürüləcəkdir. Ola bilsin ki, həqiqətən də 1000 manatlıq əsas vəsaitin bazar dəyəri 400 manat olsun. Bu zaman həmin məbləğ 142.2-ci maddədə yazıldığı kimi yaranan 600 manat zərərə yazılacaqdır. Bazar dəyəri 400 manat yox, 1500 manat olacağı halda isə 142.2-ci maddə yox, 142.1-ci maddə əsas götürülməklə (1500-1000) = 500 manat gəlir yaranacaqdır.

Odur ki, vergi ödəyiciləri belə əməliyyatlarda çox diqqətli olmalıdır və heç bir normal əsas olmadan əsas vəsaitləri qalıq dəyərindən aşağı qiymətə təqdim etməməlidirlər. Belə əməliyyatlarda ƏDV məqsədləri üçün hesabatlara və uçota da düzgün yanaşılmalıdır.

Hazırladı: Fəxriyyə İkramqızı

Mənbə: https://vergiler.az/news/taxes/4112.html

Vergilər bölümünün son xəbərləri

2019-09-18 | Keçmiş tarixə ƏDV qeydiyyatı
2019-09-18 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin vergi güzəştləri. Video
2019-09-18 | Vergi borcu əmlaka yönəldilə bilərmi?
2019-09-12 | Əsas vəsaitlərin satışından mənfəətin, zərərin, gəlirlərin yaranma məsələləri
2019-09-10 | Pərakəndə və topdansatış ticarət fəaliyyətində vergi öhdəlikləri
2019-08-29 | Kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azaddır
2019-08-28 | İdxalçılara tətbiq olunan cərimələr hansı formada xərclərə daxil edilir?
2019-08-28 | Güzəştlərdən yararlananlar üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi
2019-08-28 | Satınalmalarla bağlı yeni vergi tələbi
2019-08-28 | Cari vergi ödəmələri arayışının doldurulması qaydası dəyişib

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir.

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!