Kənd təsərrüfatı məhsullarının alğı-satqısına dair vergi öhdəlikləri

2019-08-23 | Vergilər | 515

Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.5 maddəsində göstərilən malların təqdim edilməsindən əldə olunan gəlirlərindən (Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulmalıdır. Lakin aparılan müşahidələr göstərir ki, bu maddənin tətbiqi bir çox hallarda mübahisələr yaradır. Məsələn, ortaya belə bir sual çıxır: kənd təsərrüfatı məhsulları istehsalçısı olmayan şəxs kəndlərdən meyvə-tərəvəz yığaraq vergi ödəyicisinə satırsa, o zaman 2 faiz ödəmə mənbəyindən vergi tətbiq edilməlidirmi?

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov bu suala aydınlıq gətirərkən deyib ki, kənd təsərrüfatı məhsullarının alğı-satqısı ilə məşğul olan şəxslər kənd təsərrüfatı məhsullarının bilavasitə istehsalçısı hesab edilmirlər. Belə olan halda, müntəzəm qaydada kənd təsərrüfatı məhsullarının alğı-satqısını həyata keçirən şəxslər vergi orqanlarında qeydiyyata durmalı və adi qaydada vergi öhdəliklərini yerinə yetirməlidirlər.

"Vergi ödəyicisi kənd təsərrüfatı istehsalçısından mal aldıqda onun kənd təsərrüfatı istehsalçısı olduğunu sübut edən sənəd kimi hansı sənədləri tələb etməlidir" sualı da aktualdır. Natiq Şirinov bildirib ki, burada iki məsələni aydınlaşdırmaq lazımdır: "Vergi ödəyicisi həm ailə kəndli təsərrüfatlarından, həm də adi rejimdə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslərdən kənd təsərrüfatı məhsulları ala bilər. Vergi ödəyicisi kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslərdən malları alırsa, malların alış aktı - ciddi hesabat blankı üzrə alğı-satqı əməliyyatları həyata keçirilməlidir. Fiziki şəxsin adı və soyadı, şəxsiyyət vəsiqəsinin rekvizitləri, alınan malların tərkibi həmin alış aktında mütləq qaydada qeyd olunmalıdır". Bu zaman əlavə olaraq hansı sənədlərin tələb olunması məsələsi ilə bağlı qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı torpaqlarının təsdiqedici sənədləri də bu alış aktına əlavə edilməlidir. Həmçinin ödənilmiş məbləğlər barədə ödəyən şəxs tərəfindən vergi orqanlarına məlumat verilməlidir.

Kənd təsərrüfatı məhsullarının alışı fiziki şəxslərdən deyil, ailə kəndli təsərrüfatlarından həyata keçirildikdə alğı-satqı fərqli qaydada rəsmiləşdirilir: "Yəni ailə kəndli təsərrüfatları hüquqi şəxs deyil, adi rejimdə fəaliyyət göstərirlər və onlar vergi ödəyicisi hesab olunmurlar. Bir şərtlə ki, onların illik dövriyyəsi müəyyən edilmiş həddi keçməsin. Əgər illik dövriyyəsi müəyyən edilmiş həddi keçmirsə, ailə kəndli təsərrüfatları bələdiyyələrdə qeydiyyata alınır və onlara "Bədədiyyələrin qeydiyyat vəsiqəsi" təqdim edilir. Bu halda yuxarıda qeyd etdiyimiz sənədlərlə yanaşı, "Bələdiyyələrin qeydiyyat vəsiqəsi" də əlavə edilməlidir. Eyni zamanda, ailə kəndli təsərrüfatlarına ödənilən vəsait barədə bədəiyyələrə məlumat verilməlidir".

Mənbə: https://vergiler.az/news/taxes/2636.html

Vergilər bölümünün son xəbərləri

2019-11-19 | Gəlirdən çıxılan və çıxılmayan xərclər
2019-11-15 | Ödəmələr haqqında məlumat vermək öhdəliyi
2019-11-15 | Benzin, dizel və maye qaza görə yol vergisinin hesablanması
2019-11-15 | Vergi Məcəlləsinə təklif edən dəyişikliklər Milli Məclisdə birinci oxunuşda qəbul edilib
2019-11-13 | Təhvil-təslim üçün vergi ödəyicilərinə vaxt veriləcək
2019-11-13 | Vergi ödəyicisinin ödəmələri seçdikləri metoda görə dəyişir
2019-11-13 | Gəlir və xərclərin uçotunun düzgün aparılması qaydaları
2019-11-08 | Vergi Məcəlləsinə dəyişikliklər müzakirə edilib
2019-11-07 | İnternetlə ticarət ƏDV-dən - AZAD EDİLƏCƏK - AÇIQLAMA
2019-11-07 | POS-terminalla ödəniş zamanı - KASSA ÇEKİ VERİLMƏLİDİRMİ? - İZAHAT

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!