Beynəlxalq daşımalar zamanı ƏDV necə tənzimlənir?

2019-08-20 | Vergilər | 3249

Təcrübədə bəzən vergi ödəyiciləri ixrac zamanı malların gömrükdən sonra daşınmasını həyata keçirirlər. Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində qeyd edilir ki, beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı olan yükayrılma xidməti və beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi əməliyyatı zamanı ƏDV 0 (sıfır) dərəcə ilə tətbiq olunur.

Mövzu ilə bağlı ortaya çıxan məsələləri iqtisadçı ekspert Anar Bayramov konkret misal əsasında şərh edir: Tutaq ki, "A" MMC Türkiyədən mal idxal edir. Razılaşmaya əsasən, qeyri-rezident tərəfindən 8.000 ABŞ dolları həcmində məbləğ malların daşınması xərci kimi alıcının üzərinə qoyulur. 8.000 dollar daşınma xərcinin 5.000 dolları hesabına mallar Azərbaycan sərhədinə gətirilir, 3.000 dollar isə Azərbaycan ərazisindəki daşınma xərcinə aid edilir. Bu zaman 5.000 dollar daşınma xərci əməliyyatına ƏDV 0 (sıfır) dərəcə ilə tətbiq ediləcək. Amma gömrük məntəqəsindən anbara qədər daşınma xərci olan 3.000 dollar 18 faiz ƏDV-yə cəlb olunur və 540 dollar (3000 *18 faiz) məbləğində ƏDV hesablanır.

Maddədə diqqət çəkən digər məsələ beynəlxalq sərnişin daşınması ilə bağlı əməliyyatlardır. Bəzi vergi ödəyiciləri düşünürlər ki, aviaşirkətlər vergi ödəyicilərinə xarici ölkələrə səfərlərlə bağlı təyyarə bileti satdıqda bu əməliyyatlar ƏDV-yə 0 (sıfır) dərəcə ilə cəlb olunur. Ancaq təyyarə biletlərinin satışı ilə məşğul olan ƏDV ödəyiciləri ƏDV-yə ümumi qaydada, yəni 18 faiz dərəcə ilə cəlb edilirlər.

Qeyd edək ki, ƏDV bəyannaməsinin 4 saylı "ƏDV-yə sıfır (0) dərəcə ilə tutulan dövriyyə barədə məlumat" Əlavəsində bu maddəyə uyğun aparılan əməliyyatlar 302.4-cü sətirdə qeyd olunmalıdır.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/3635.html

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!