Nəqliyyat xərclərinin gəlirdən çıxılması

2019-08-12 | Vergilər | 353

Neft məhsullarının pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən alınmış neft məhsullarına görə ödənilən yol vergisinin gəlirdən çıxılması, alınmış neft məhsullarının alıcıların satış məntəqələrinə daşınması ilə bağlı çəkdiyi nəqliyyat xərclərinin gəlirdən çıxılan xərc kimi nəzərə alınması və neft məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin hesablanması ilə bağlı daxil olan müraciətlərə Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsi açıqlama verib.

Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə tənzimlənir.

Qərarın 2.4-cü bəndində göstərilir ki, neft məhsullarının satışını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti topdansatış tariflərinə qanunvericiliyə uyğun olaraq yol vergisini əlavə edib təchizat tariflərini çıxmaqla, təchizat təşkilatları isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Həmin Qərarın 2.3-cü bəndinə əsasən neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi (ƏDV), eləcə də təchizat tarifləri daxil edilmişdir.

Qərarın 2.4-cü bəndindən göründüyü kimi, istehsalçı tərəfindən neft məhsulu satılarkən topdansatış tariflərinə qanunvericiliyə uyğun olaraq yol vergisini əlavə edib təchizat tariflərini çıxır. Yəni təchizat xərclərinin istehsalçı üzərində olmadığı müəyyən edilir. Qərarın 2.3-cü bəndində isə təchizat tariflərinin topdansatış qiymətə daxil edildiyi əks olunur.

Qərarın 2.5-ci bəndində təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclərin daxil edildiyi təsbit olunmuşdur.

Göründüyü kimi, neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərcləri nəzərə alınmışdır və bu təchizat xərcləri satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə (məntəqələrinə) qədər daşınması ilə bağlı bütün xərcləri də ehtiva edir.

Belə ki, adıçəkilən Qərarın 2.7-ci bəndinə əsasən mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarla təsdiq edilmiş tariflərlə, qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışını isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər.

Göstərilənlərdən də göründüyü kimi neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı (təchizatı ilə bağlı) xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılmır. Təchizat xərcləri alınmış malın dəyərində nəzərdə təchizat xərcləri satılmış malların dəyəri kimi gəlirdən çıxılan xərclərə aid edilir.

Mənbə: https://vergiler.az/news/taxes/3528.html

Vergilər bölümünün son xəbərləri

2020-01-24 | Xarici şirkətlə işləyən sığorta agentinin vergi öhdəlikləri
2020-01-24 | Ödəmənin aparıldığı vaxt
2020-01-24 | Elektron qaimə-fakturalarla bağlı yenilik
2020-01-24 | Əlavə dəyər vergisinin bəyannaməsi üzrə edilmiş dəyişikliklər
2020-01-21 | Gəlir vergisi ödəyiciləri üçün daha bir yenilik
2020-01-17 | Gəlir əldə edilməsi ilə bağlı çəkilən xərc - 3
2020-01-17 | Nazir müavini: Gələn il kassa-nəzarət aparatları bütün ticarət şəbəkələrini əhatə edəcək
2020-01-17 | Azərbaycan vətəndaşlarına ƏDV-nin bir hissəsinin qaytarılması üçün əsasnamə hazırlanır
2020-01-17 | Malların təqdim olunması prosesində rəsmiləşdirmə
2020-01-16 | ƏDV-nin hesablanması vaxtı dəqiqləşəcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!