Vergilər Nazirliyi kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət tədbirlərinə başlayıb

2019-07-18 | Vergilər | 666

Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərini gücləndirib.

“Report” bu barədə Nazirliyə istinadən xəbər verir.

Məlumatda həmçinin deyilir ki, Bakıda aparılan nəzarət tədbirləri zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb. Vergilər Nazirliyinin əməkdaşları vergi ödəyicilərini kassa çeki təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar.

“İstehlakçılar istər alış-veriş zamanı, istər ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Bu, ilk növbədə, onların öz hüquqlarını tələb edə bilməsi, hüquqlarının pozulduğu hallarda mənafelərinin qorunması üçün vacibdir. Hər bir vətəndaş bilməlidir ki, alış-veriş zamanı kassa çekini tələb etməklə alışların rəsmiləşdirilməsində və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edir. Dövlət büdcəsinə daxil olan vergilər isə büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.

Sahibkarlar əhali ilə nağd pul hesablaşmaları aparan zaman nəzarət-kassa aparatlarından istifadə etməli və alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməlidir. Vergi qanunvericiliyi nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri nəzərdə tutur.

Belə ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat məbləğində;
  • təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3 000 manat məbləğində;
  • təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin keçid müddəlarına əsasən, cari il ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edilir. Lakin sahibkarlar buna arxayın olmamalıdırlar. Çünki rəsmi xəbərdarlıq edilmiş sahibkarlar qanunla onlara verilmiş imkanları tükətməklə vergi orqanın təhlilləri zamanı risk qrupuna aid edilə bilərlər ki, bu da həmin vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin intensivliyinin artmasına gətirib çıxara bilər.

Vergilər Nazirliyi vergi ödəyicilərini qanunun tələblərinə tam əməl etməyə, hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə, alış-veriş zamanı alıcılara kassa çekini təqdim etməyə dəvət edir”, - məlumatda qeyd olunub.

Mənbə: https://report.az/maliyye/vergiler-nazirliyi-kassa-ceklerinin-teqdim-olunmasi-ile-bagli-nezaret-tedbirlerine-baslayib/

Vergilər bölümünün son xəbərləri

2020-01-28 | ƏDV məqsədləri üçün vergitutma əməliyyatlarının aparıldığı vaxt
2020-01-27 | Hüquqların güzəşt edilməsi
2020-01-27 | ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər
2020-01-27 | POS-terminalla ödəniş qəbul edən sahibkarlara vergi güzəşti
2020-01-24 | Xarici şirkətlə işləyən sığorta agentinin vergi öhdəlikləri
2020-01-24 | Ödəmənin aparıldığı vaxt
2020-01-24 | Elektron qaimə-fakturalarla bağlı yenilik
2020-01-24 | Əlavə dəyər vergisinin bəyannaməsi üzrə edilmiş dəyişikliklər
2020-01-21 | Gəlir vergisi ödəyiciləri üçün daha bir yenilik
2020-01-17 | Gəlir əldə edilməsi ilə bağlı çəkilən xərc - 3

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!