İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi

2017-02-18 | Kadr işi | 17894

İşəgötürən işçiləri (onların razılığı ilə) iş vaxtından artıq işə cəlb edə bilər.

İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

Misal üçün, müəssisənin iş qrafikində 8 saatlıq iş günü nəzərdə tutulubsa, o zaman, işçinin 8 saatdan artıq işləməsi - iş vaxtından artıq iş sayılır. İşçi müəssisə rəhbərinin əmri ilə öz qrafikindən olan vaxtdan artıq işləyibsə ona artıq işlədiyinə görə əlavə əmək haqqı hesablanmalıdır.

İşçini, onun razılığı ilə, yalnız aşağıdakı müstəsna hallarda iş vaxtından artıq işlərə cəlb etməyə yol verilir:

  1. dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
  2. su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;
  3. başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;
  4. işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;
  5. əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə yuxarıda nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur.

İş vaxtından artıq işlərə işçiləri cəlb etdikdə nəzərə almaq lazımdır ki

  • Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin, habelə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir.
  • Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.
  • Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.
3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların iş vaxtından artıq işlərə yalnız onların yazılı razılığı ilə yol verilir.

İş vaxtından artıq işlərə işçilər müəssisə rəhbərinin əmri ilə cəlb olunurlar. Əmrdə iş vaxtından artıq işin səbəbləri, vaxtı, işçilərin siyahısı və əlavə əmək haqqının məbləği qeyd olunur.

İş vaxtından artıq işə görə ƏMR bu formada hazırlana bilər:

İş vaxtından artıq işə görə ƏMR-i yükləmək

İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:

  • əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
  • əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının hesablanması əmək haqqının hesablama sistemidən asılıdır:

  • vaxtamuzd
  • işəmuzd

Vaxtamuzd sistemində iş vaxtından artıq işə görə əmək haqqının ödənilməsi

Əməyin vaxtamuzd ödənilmə sistemində iş vaxtından artıq işə görə əmək haqqı saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla hesablanmalıdır.

Əlavə əmək haqqı bu cür hesablanmalıdır:

Əlavə əmək haqqı = Artıq işlənən saatlar * İşçinin 1 saatlıq tarif maaşı * 2

Misal

Müəssisədə çalışan işçinin əmək haqqısı 980 manat təşkil edir. İşçi 2017-ci il avqust ayının 25 və 26 müəssisənin rəhbərinin əmri və özünün razılığı ilə iş vaxtından artıq işə cəlb olunub. İstehsal sexində yanğının nəticələrinin aradan qaldırılmasına görə işçi 25.08.2017 tarixində - 2 saat, 26.08.2017 tarixində isə 1 saat artıq işləyib. Müəssisə rəhbərinin əmri ilə iş vaxtından artıq işə görə işçilərə hər saata görə əmək haqqı saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləği qədər hesablanmalıdır. Bu zaman işçiyə hesablanan əsasə və əlavə əmək haqqları bu cür hesablanacaq:

1 saatlıq tarif (vəzifə) maaşı = Aylıq əmək haqqı / ayda iş saatları miqdarı

2017-ci ilin istehsalat təqviminə görə 2017-ci ilin Avqust ayında 183 iş saatı var.

1 saatlıq tarif (vəzifə) maaşı = 980 / 183 = 5.36 manat

Beləliklə, işçi 2017-ci ilin avqust ayında iş vaxtından artıq işə görə əlavə olaraq alacaqdır:

25.08.2017 tarixində artıq 2 saat işlədiyinə görə: 2 saat * 5.36 * 2 = 21.44

26.08.2017 tarixində artıq 1 saat işlədiyinə görə: 1 saat * 5.36 * 2 = 10.72

İşçi 2017-ci ilin avqust ayında əmək haqqı və iş vaxtından artıq işə görə alacaqdır:

980 + 21.44 + 10.72 = 1 012.16 manat

İşəmuzd sistemində iş vaxtından artıq işə görə əmək haqqının ödənilməsi

Əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində ödənilməlidir.

Əməyin işəmuzd ödənilmə sistemində iş vaxtından artıq işə görə əmək haqqının hesablanması qaydası əmək müqaviləsində və ya kollektiv müqavilədə qeyd edilə bilər. Burada, qeyd edilə bilər ki, əlavə ödəniş vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla hesablanır. İşçinin saatlıq tarif (vəzifə) maaşı ştat cədvəlində qeyd edilir.

Misal

Müəssisədə hər istehsal edilən məhsula görə işçiyə 5 manat əmək haqqı hesablanır. Alınan sifarişləri hazırlamaq üçün müəssisənin rəhbərinin əmri və işçinin razılığı ilə, işçi 06.03.2017-ci il tarixində 2 saat artıq işləmişdir. İşçi ilə bağlanılan əmək müqaviləsinə görə, artıq işlədiyinə görə, artıq işlədiyi hər saata görə vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşının 1 misli gədər əlavə əmək haqqı alacaqdır. İşçi 2017-ci il mart ayında 190 ədəd məhsul hazırlamışdır. Ştat cədvəlinə görə işçinin 1 saatlıq tarif (vəzifə) maaşı 7 manatdır. Bu zaman işçiyə hesablanan əsasə və əlavə əmək haqqları bu cür hesablanacaq:

İşçinin əsas əmək haqqısı:

190 * 5 manat = 950 manat

İşçinin əlavə əmək haqqısı:

2 saat * 7 = 15 manat

Beləliklə, işçi 2017-ci ilin mart ayında əmək haqqı və iş vaxtından artıq işə görə alacaqdır:

950 + 15 = 965 manat

Mənbə: http://www.muhasib.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!