Accountsoft - AzMuhasib


"AzMuhasib" Azərbaycanın ilk mühasibat proqramıdır. Proqram "ArazComputer" şirkəti tərəfindən 2001-ci ildə yaradılmışdır. Məlumatların (yazılışların) kompüterə vaxtaşırı bir dəfə işlənilməsi nəticəsində mühasibat sənədləri, vergi bəyannamələri, statistik hesabatlar və s. avtomatik hazırlanır və çap olunur. Proqram Azərbaycanda mühasibat uçotu sahəsində olan normativ və qanunvericilik aktları və milli mühasibat uçotu standartlarına tam cavab verir.

"AzMuhasib" proqramı ilə azərbaycan, rus və ingilis dillərində işləmək mümkündür. Bütün cədvəllərin və maliyyə hesabatları formalarının MS Excel proqramına eksport etmək imkanı var.

       

Məlumatları sərbəst şəkildə və ya qabaqcadan hazırlanmış şablonlar (sadə və mürəkkəb yazılışlar forması) vasitəsi ilə daxil etmək və hesablar üzrə 3 səviyyədə analitik uçot təşkil etmək mümkündür. İstifadəçilər proqramın "Hesabatların dizayneri" modulu vasitəsi ilə istənilən cədvəlləri və maliyyə hesabat formalarını asanlıqla yarada və ya düzəlişlər edə bilərlər.

Proqram MS SQL bazasında local şəbəkədə işləyir. Proqram MS Windows əməliyyat sisteminin bütün versiyalarında işləyir və "unicode" şriftlərini dəstəkləyir.

"AzMuhasib" proramlar paketinin bir neçə modulları və versiyaları var:

"AzMuhasib" proqramının fərqləndirici xüsusiyyətləri:
  • Azərbaycan qanunvericiliyinə uyğun hazırlanmış yerli proqram təminatıdır və proqram yerli mütəxəssislər tərəfindən dəstəklənir
  • Azərbaycan, rus və ingilis dillərində işləmək və həmin dillərdə Excel proqramına eksport etmək imkanı var
  • Hazır proqram təminatıdır və istifadəçi səviyyəsində nizamlama imkanları sadə və rahatdır
  • Maliyyə hesabatlarında müvafiq əlavə və dəyişikliklər bilavasitə istifadəçilər tərəfindən icra edilə bilər
  • Proqramın mənimsənilməsi və uçotun qurulması çox qısa bir müddətdə tamamlanır (təqribən, 1-2 həftə)
  • Mühasibat uçotunda mövcud olan son təlimatlar proqramda əksini tapmışdır

ArazComputer şirkəti tərəfindən həmçinin "Azmuhasib-Ticarət", "Azmuhasib-İstehsalat", "AzMuhasib-Kommunal""AzMuhasib-Mətbuat" proqramları da yazılıb istifadəyə verilmişdir.


www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!