1С Предприятие 8.3.8 + 1С Бухгалтерия 8.3 demo və tədris versiyasının

pulsuz yüklənməsi


Ən çox yayılmış 1C proqram paketinin yenilənmiş versiyası: "1С Предприятие 8.3.8" platforması (tədris üçün) və "1С Бухгалтерия 8.3" konfiqurasiyası 3.0.35 redaksiyasında.

Proqramın tədris versiyasında bəzi məhdudiyyətlər var. Lakin, məhdudiyyətlər proqramın normal işləməsinə və istifadəsinə təsir etmir. Ən vacibi isə odur ki, produktun elektron versiyası (qutusuz və kitablarsız) 1C şirkəti tərəfindən PULSUZ yayılır.

Proqramı yükləməkdən öncə proqramın tədris versiyasının məhdudiyyətləri ilə tanış olun:

  • Hesabların cədvəllərində yazıların maksimal sayı - 500;
  • Obyektlərin əsas cədvəllərində yazıların maksimal sayı - 200;
  • Obyektlərin cədvəl hissələrində yazıların sayı - 1000;
  • Yazıların yığımlarında yazıların sayı - 1000
  • Xarici məlumat mənbələrinin yazılarının sayı - 200;
  • Kliyent-server variantında işləmək mümkün deyil;
  • Paylanmış informasiya bazalarının işi dəstəklənmir;;
  • COM-birləşmə dəstəklənmir;
  • İstifadəçilər üçün parollardan istifadə və əməliyyat sisteminin autentifikasiyası imkanı yoxdur;
  • Sənədlərin çap edilməsi və yaddaşda saxlanılması yalnız Konfiqurator rejimində mümkündür;
  • 1C:Предприятие rejimində sənədin yalnız 1 xanasında olan məlumatların sürətinin çıxarılması mümkündür;
  • Tədris versiyasının işləməsinin sürəti adi 1С Предприятия 8.3 versiyasından çox aşağıdır;
  • İnformasiya bazası ilə eyni vaxtlı seansların miqdarı bir seans tərəfindən məhdudlaşdırılıb.
Tədris versiyasının aparat və ya proqram müdafiəsi yoxdur.

Verilmiş proqram məhsulu haqqında daha ətraflı informasiyanı “1C:Müəssisə 8” sistemin saytının www.v8c.ru/edu bölməsində tapmaq olar .

Hal-hazırda 1С Предприятие 8.3.3.687 tədris versiyasının yüklənməsi mümkündür.

Komplektə aşağıdakı proqramlar daxildir:

Texnoloji platforma - 1С Предприятие(учебная) 8.3.8.1933

Konfiqurasiya 1С Бухгалтерия предприятия (учебная) 3.0.35.27

1С Предприятие 8.3.8 və 1С Бухгалтерия 8.3 proqramlarını YÜKLƏMƏK

Proqramın yüklənməsi bir qədər vaxt apara bilər. Arxiv faylın həcmi 566 Mb-dır.

1С Бухгалтерия 8.3 proqramının quraşdırılması

1С Бухгалтерия 8.3 proqramının quraşdırılması barədə aşağıdakı videoda ətraflı məlumat verilibdir:

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!