Sual - Cavab


Sual ver  |  Bütün suallar

ƏDV-dən azad olunan əməliyyatlar

Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, mal əti satışı ƏDV-dən azad edilib. Bəs ƏDV ödəyicisi olan şirkət eyni zamanda digər malların satışını da həyata keçirirsə, ay ərzində bütün ƏDV-ni əvəzləşdirə bilərmi?

2020-02-15 | Vergilər | Baxılıb: 2498 dəfə

Elektron qaimə-faktura hansı müddətdə verilməlidir?

Elektron qaimə-faktura hansı müddətdə verilməlidir?

2020-02-15 | Vergilər | Baxılıb: 2252 dəfə

Kənd təsərrüfatı məhsullarının alğı-satqısının sənədləşdirilməsi

Pərakəndə ticarət fəaliyyəti ilə məşğul oluram. Bir sıra hallarda vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan kənd təsərrüfatı məhsullarının istehsalçılarından müxtəlif növ kənd təsərrüfatı məhsulları alıram. Alınmış mallar hansı qaydada sənədləşdirilməlidir?

2020-02-10 | Vergilər | Baxılıb: 3032 dəfə

Məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödəniş qaydaları

Hüquqi şəxsin 2020-ci ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqları üzrə borcu var. Həmin borc hüquqi şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilir. Hüquqi şəxs 2020-ci ilin 2-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqı hesablayır və müvafiq hesabatı vergi orqanına təqdim edir. Bu zaman hüquqi şəxsin şəxsi hesab vərəqəsində həm 2020-ci ilin 1-ci rübü, həm də 2-ci rüb üçün sosial sığorta haqları üzrə borcu yaranır. Hüquqi şəxs 2-ci rüb üzrə hesablanmış sosial sığorta haqqı həcmində Dövlət Sosial Müdafiə Fonduna ödəniş edir. Bu zaman həmin ödəniş əvvəlki, yəni 1-ci rübdə yaranmış borcun ödənilməsinə aid edilirmi?

2020-02-07 | Vergilər | Baxılıb: 2372 dəfə

Malın alğı-satqısı zamanı ƏDV əvəzləşdirmələri

Fərdi sahibkar 7 yanvar 2020-ci ildə ƏDV ödəyicisi olan müəssisədən, ƏDV də daxil olmaqla, dəyəri 118.000 manat olan avadanlıq alıb. Satıcı alıcıya malın tam dəyərinə uyğun elektron qaimə-faktura təqdim edib. Alıcının 5 fevral 2020-ci ildə aldığı malın əsas dəyərinin 50.000 manatı satıcının bank hesabına, 9.000 manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənilib. Bu halda alıcının malın, ƏDV daxil olmaqla, tam dəyərini satıcıya ödəmədiyini nəzərə alsaq, 5 fevral 2020-ci ildə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilərmi?

2020-02-05 | Vergilər | Baxılıb: 2414 dəfə

Topdansatış alğı-satqıda elektron qaimə-faktura nə zaman verilir?

Topdansatış fəaliyyəti ilə məşğul olan və ƏDV ödəyicisi olan müəssisə 28.12.2019-cu il tarixdə elektron qaimə-faktura əsasında dəyəri 10.000 manat olan avadanlıq satıb, lakin bu zaman elektron vergi hesab-fakturası təqdim edilməyib. Yeni dəyişikliklərə əsasən, 1 yanvar 2020-ci il tarixdən malların satışına görə yalnız elektron qaimə-faktura verilir. Bilmək istərdik ki, 28.12.2019-cu il tarixdə təqdim olunmuş mallara görə 2020-ci ilin yanvar ayında elektron vergi hesab-fakturası təqdim edilməlidirmi?

2020-02-03 | Vergilər | Baxılıb: 2396 dəfə

Topdansatış alğı-satqıda elektron qaimə-fakturaların verilməsi

Topdansatış fəaliyyəti ilə məşğul olan və ƏDV ödəyicisi olan müəssisə 28.12.2019-cu il tarixdə elektron qaimə-faktura əsasında dəyəri 10.000 manat olan avadanlıq satıb, lakin bu zaman elektron vergi hesab-fakturası təqdim edilməyib. Yeni dəyişikliklərə əsasən, 1 yanvar 2020-ci il tarixdən malların satışına görə yalnız elektron qaimə-faktura verilir. Bilmək istərdik ki, 28.12.2019-cu il tarixdə təqdim olunmuş mallara görə 2020-ci ilin yanvar ayında elektron vergi hesab-fakturası təqdim edilməlidirmi?

2020-01-31 | Vergilər | Baxılıb: 2410 dəfə

ƏDV-nin kassa metodu əsasında hesablanması

Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır?

2020-01-31 | Vergilər | Baxılıb: 2347 dəfə

Müharibə iştirakçılarının övladlarının vergi güzəştləri

Atası Böyük Vətən Müharibəsində döyüşərək əlil olmuş oxucumuz aylıq gəlirindən hansı məbləğdə gəlir vergisinin tutulmalı olduğunu aydınlaşdırmağı xahiş edib. O həm də bilmək istəyir ki, mövcud qayda Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi qüvvəyə minən gündən, yoxsa arayış təqdim olunan gündən icra olunur? Suala Vergilər Nazirliyi tərəfindən aydınlıq gətirilib.

2020-01-23 | Vergilər | Baxılıb: 2738 dəfə

Tikinti fəaliyyəti barədə məlumat

Bina tikintisi fəaliyyəti ilə məşğul olanlar vergi orqanına hansı məlumatı təqdim etməlidir?

2020-01-16 | Vergilər | Baxılıb: 3138 dəfə

Daşıma xidmətləri

Poçt xidməti göstərən şirkət kassa aparatı qoymalıdırmı?

2020-01-08 | Vergilər | Baxılıb: 2729 dəfə

Əlavə nəzarət tədbirləri

Müəssisəmiz riskli vergi ödəyicisi meyarlarına uyğun gəldiyi halda, vergi orqanı tərəfindən müəssisənin fəaliyyəti üzrə əlavə vergi nəzarəti tədbirləri həyata keçirilə bilərmi?

2019-12-28 | Vergilər | Baxılıb: 2704 dəfə

"Google play" hesabına pulun yüklənməsi

Bank hesabından "Google play" hesabına pul yüklənən zaman komissiya haqqı tutulmalıdırmı?

2019-12-17 | Vergilər | Baxılıb: 2285 dəfə

Daxili yükdaşımaya görə ƏDV

ƏDV ödəyicisi olan şirkət daxili yükdaşıma fəaliyyəti ilə yanaşı digər fəaliyyətlərlə də məşğul olur. Vergi Məcəlləsinə uyğun olaraq daxili yükdaşıma fəaliyyəti ilə bağlı sadələşdirilmiş vergi ödəyir və bu fəaliyyətə ƏDV tətbiq etmir. Növbəti ildən Məcəllənin 156.1.1-ci maddəsinə görə vergi orqanına müraciət edərək daxili yükdaşıma fəaliyyəti ilə bağlı satışlara ƏDV tətbiq edə bilərmi?

2019-12-14 | Vergilər | Baxılıb: 2558 dəfə

Qeyri-rezidentin ödədiyi məbləğ ödəmə mənbəyində vergiyə düşürmü?

Vergi güzəşti olan xarici ölkədəki müəssisəyə ( və ya fiziki şəxsə) alınan malın dəyəri, gömrük rüsumu və ƏDV ödənilib. Bu məbləğ ödəmə mənbəyində vergiyə düşürmü?

2019-12-14 | Vergilər | Baxılıb: 2981 dəfə

Fəaliyyət növünün dəyişdirilməsi proseduru

Fəaliyyət növünün nə cür dəyişə bilərəm?

2019-10-12 | Vergilər | Baxılıb: 2437 dəfə

Müharibəsi iştirakçılarının və əlillərinin övladlarına verilən imtiyaz

Böyük Vətən müharibəsi iştirakçılarının və əlillərinin övladlarına verilən imtiyaz nə vaxtdan qüvvədədir?

2019-10-12 | Kadr işi | Baxılıb: 2773 dəfə

Kənd təsərrüfatında azadolma və güzəştlər

Müəssisə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyət göstərdiyi üçün Vergi Məcəlləsində nəzərdə tutulmuş müvafiq vergi azadolmalarından və güzəştlərindən istifadə edir. Bu sahədə ixtisaslaşmış müəssisə digər müəssisələrlə də müqavilə bağlayaraq onları idarə etməyi, öz əmtəə nişanı altında kənd təsərrüfatı məhsullarını istehsal etməyi, satmağı və ixrac etməyi, satışdan gələn hasilatı kontragentlərlə paylaşmağı nəzərdə tutur. Bu halda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyətə görə Vergi Məcəlləsində nəzərdə tutulmuş bütün azadolma və güzəştlər bizim müəssisəmizin əldə etdiyi gəlirlərə, habelə kontragentimiz olan digər kənd təsərrüfatı müəssisələrinə ödədiyimiz gəlirlərə şamil olunurmu?

2019-12-06 | Vergilər | Baxılıb: 2456 dəfə

Yükdaşımalar zamanı vergitutma

Avtomobil nəqliyyatı vasitəsilə yük daşımalarını həyata keçirən şəxs "Fərqlənmə nişanı" olduğu halda gördüyü işə (yazdığı elektron qaiməyə) əsasən 2 faiz sadələşdirilmiş vergi ödəməlidirmi?

2019-12-06 | Vergilər | Baxılıb: 2679 dəfə

Qeydiyyat tarixindən qabaq mal qalığı təqdim edilərkən ƏDV tətbiq edilməsi

Vergi ödəyicisi çınqıl və qum istehsalı ilə məşğul olur. ƏDV qeydiyyatına alınan tarixdən qabaq mal qalığı təqdim edilərkən həmin mala ƏDV tətbiq edilməlidirmi?

2019-12-06 | Vergilər | Baxılıb: 2505 dəfə

Səhifələr: <<   <   1   2   3   4   5   6   >   >>  

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!