Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Fəaliyyət növünün nə cür dəyişə bilərəm?


Cavab

Vergilər Nazirliyinin şərhinə əsasən, vergi ödəyicisinin vergi orqanının baza məlumatlarında olan telefon nömrəsinin dəyişdirilməsi şəxsin özünün və ya səlahiyyətli nümayəndəsinin (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) "Fiziki şəxsin vergi uçotu haqqında Ərizə" ilə uçotda olduğu vergi orqanına və ya əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciəti əsasında həyata keçirilir.

Gücləndirilmiş elektron imza (o cümlədən "Asan imza") və ya istifadəçi kodu, parol və şifrə olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən vergi uçotu məlumatlarınızda olan telefon nömrənizin dəyişdirilməsi üçün "Fiziki şəxsin uçot məlumatlarında dəyişikliklərin edilməsi barədə ərizə"ni elektron qaydada vergi orqanına təqdim etməklə həmin əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.

Bu barədə ətraflı məlumatı Vergilər Nazirliyinin rəsmi saytının "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi" elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Hər hansı texniki problem ilə üzləşdiyiniz təqdirdə bu barədə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz tövsiyə edilir.

2019-10-12 | Vergilər | Baxılıb: 1885 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!