Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Hüquqi şəxsin 2020-ci ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqları üzrə borcu var. Həmin borc hüquqi şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilir. Hüquqi şəxs 2020-ci ilin 2-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqı hesablayır və müvafiq hesabatı vergi orqanına təqdim edir. Bu zaman hüquqi şəxsin şəxsi hesab vərəqəsində həm 2020-ci ilin 1-ci rübü, həm də 2-ci rüb üçün sosial sığorta haqları üzrə borcu yaranır. Hüquqi şəxs 2-ci rüb üzrə hesablanmış sosial sığorta haqqı həcmində Dövlət Sosial Müdafiə Fonduna ödəniş edir. Bu zaman həmin ödəniş əvvəlki, yəni 1-ci rübdə yaranmış borcun ödənilməsinə aid edilirmi?


Cavab

Vergilər Nazirliyinin şərhində bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci ildən məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra ilə ödənilir:

  • cari rüb üzrə borc;
  • cari rübdən geriyə doğru (daha əvvəl) yaranmış borclar (ardıcıl olaraq);
  • yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği;
  • yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.
Qeyd edilənlərə əsasən, vergi ödəyicisinin əvvəlki dövr üzrə sosial sığorta haqqı üzrə borcunun olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən cari rüb üzrə hesablanmış sosial sığorta haqqı üzrə aparılan ödənişlər cari rübdə yaranmış öhdəliyin yerinə yetirilməsinə aid edilir.

2020-02-07 | Vergilər | Baxılıb: 1516 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!