Sual - Cavab
Sual ver | Bütün suallar
Daşınmaz əmlakın icarəyə verilməsi
Hüquqi şəxs tərəfindən daşınmaz əmlakın vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxsə icarəyə verilməsi zamanı mənfəət vergisi və ya ödəmə mənbəyində tutulan vergi üzrə hansı vergi öhdəlikləri yaranır?
|
|
Məbləğin NKA-ya mədaxil edilməsi
İctimai iaşə obyektində ödəniş POS-terminal vasitəsilə nağdsız qaydada aparıldıqda həmin məbləğ NKA-ya mədaxil edilməlidirmi?
|
|
Ümidsiz borcların silinməsi
Sualım ümidsiz borclara aiddir. Müəssisənin uzun illər ərzində ödənilməmiş (mühasibat balansında, mənfəət vergi bəyannaməsində hər il göstərilir) debitor borcları yığılıb qalır. Debitor borclar əsasən 2000- 2003-cü ilədək olan borclardan ibarətdir. Müəssisə həmin umidsiz borc olan debitor borclarını vergi ilində xərclərinə salaraq silmək istəyir. Vergi Məcəlləsinin 111.2-ci maddəsinə əsasən "Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir". Müəssisə debitor borc məbləğini mühasibat kitablarında silmək istəyir. Çünki debitor borcu olan müəssisələr ya ləğv edilib, ləğv edilməyənlər də işlərinin olmaması,və s. bəhanələrlə ödəməyiblər. Borcların iddia müddəti keçdiyinə görə məhkəməyə də müraciət etmək olmur. Xahiş edirəm Vergi Məcəlləsinin Maddə 111. "Ümidsiz və şübhəli borcların gəlirdən çıxılması" maddəsi mənə misallarla izah edərdiniz. Ümidsiz debitor borcların xərcə salınaraq silinməsinin müddəti varmı?
|
|
Kənd təsərrüfatı məhsullarının satışı
Vergi ödəyicisi həm özünün istehsal etdiyi, həm də digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur. Bu halda hansı vergi öhdəlikləri yaranır?
|
|
Malların təsərrüfatdaxili yerdəyişməsi
Məhsulların istehsalını və satışını həyata keçirən müəssisə tərəfindən həmin məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi hansı qaydada rəsmiləşdirilməlidir?
|
|
Əməkhaqqından vergi
Həyatın yığım sığortası üzrə sığortalanan işçinin əməkhaqqından vergi hansı qaydada tutulur?
|
|
Əmlak vergisi
Müharibə əliliyəm. Mülkiyyətimdə olan yaşayış sahəsinə görə əmlak vergisi hansı qaydada hesablanır və ödənilir?
|
|
Məzuniyyətə görə kompensasiya məbləği
İşçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablayarkən gəlir vergisi hesablanan zaman ölkə üzrə yaşayiş minimumu nəzərə alınmalıdırmı?
|
|
Əsas vəsaitlərin amortizasiyası
Sizin əməkdaşlar deyir ki, mən əsas vəsaiti noyabrda alanda və istismara verəndə, mən ancaq 2 ayın məbləğini xərcə sala bilərəm. Bu tamamilə düzgün deyil. Mən illik normasını xərcə sala bilərəm. Məcəllədə bu tam aydın yazılıb (114.4. Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna balans üzrə qalıq dəyərinə tətbiq etməklə hesablanır). Vergi ilinin sonuna illik amortizasiya hesablanır. Camaata səhv məlumat verməyin.
Rafiq İlyasov, rafiq2972_12@hotmail.com, Bakı (13.01.2018)
|
|
Əlavə dəyər vergisi
Xarici internet saytlarından alınan mallara görə ödənilən vəsaitdən bank tərəfindən ƏDV hesablanırmı?
|
|
Xəstəlik üzrə müavinət - nəzərə alınan və alınmayan ödənişlər
Xəstəlik üzrə müavinətin ilk 14 gündən sonrakı günləri üçün hesablanmış müavinət məbləği(xəstəlik müddəti fasiləsiz davam edəcək hallarda) işçiyə növbəti əmək məzuniyyəti hesablanarkən 12 aylıq gəlirin içində nəzərə alınırmı? Söhbət DSMF tərəfindən ödənilmiş müavinətdən gedir. Təşəkkür.
|
|
Məzuniyyət haqqı hesablanarkən götürülən dövr
Mən 21 oktyabr 2017 ciil tarixdə işə baslamışam. Mənim məzuniyyət haqqım hesablanarkən oktyabr ayının butov ay kimi götürülməsi düzgündürmü? Yəni oktyabr ayını yarımçıq işləmişəm.
|
|
Elektron qaimə-faktura
ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə elektron vergi hesab-fakturası ilə bərabər elektron qaimə-faktura da təqdim olunmalıdırmı?
|
|
Əmək haqqından tutulmalar
Salam. Əmək məzuniyyətinin məbləği iki il düzgün hesablanmamışdır. Səhv hesablanan məzuniyyət haqqını geri qaytarmaq mümkündür? Çoxsağolun
|
|
Lisenziyaların uçotu
Salam. MMC 5 il müddətinə lisensiya almişdir. Lisenziyanın alınması ücün 5500 manat odənilmişdir. 2015-ci ilqən ASC-yə cevrilmiş və müddətsiz lisensiya almaq ücün 2750 manat odəmişdir. Xahiş edirəm, mənə izah edəsiniz müxabirləşmə necə olmalıdır və ləğv edilmiş lisenziyanın silinmə qaydası necədir?
|
|
Anti-virus proqramlarının uçotu.
Salam. Anti-virus proqramlarının uçotu hansı hesablarda aparılmalıdır?
|
|
Hamiləliyə və doğuma görə müavinətin hesablanması
Salam. Mən təhsil sahəsində 01.02.2010 tarixindən işləyirəm, ayda 71.50 manat əmək haqqı alıram. 2016-cı ilin may ayından analiq məzuniyyətinə çıxmalıyam. Təbii doguş olarsa, mən nə qədər məzuniiyət pulu almalıyam?
|
|
Vergi Məcəlləsindəki dəyişikliyin əmək haqqına təsiri
102.1.6-ci maddede gosterilen deyisiklik ("250 manatadək olduqda əmək qabiliyyətli əhali üçün" sözləri "2500 manatadək olduqda," sözləri ilə, "3000 manatadək olduqda əmək qabiliyyətli əhali üçün" sözləri "30000 manatadək olduqda," sözləri ilə əvəz edilsin;) indiki halda emek haqqina nece tesir edecek ?
|
|
Maliyyə sanksiyasının əmək haqqından tutulması.
İşçinin günahına görə hesabat vaxtında təqdim edilmədiyi üçün DSMF tərəfindən hesablanmış məbləğə 10 % maliyyə sanksiya tətbiq edilmişdir. Həmin məbləği günahkar işçidən tutub baş xəzinəyə bərpa etməliyəm, yoxsa xərcə silməliyəm?
|
|
Pul çeklərinin doldurulması
Salam! Zəhmət olmasa mənə kömək edərdinidiz! Mən bizim qanunvericilikdə hardan tapa bilərəm ki, pul çeklərinin doldurulmasında ancaq qırmızı və yaşil qələmdən istifadə etmək olmaz. Qara və göy olar? Çox minnətdar olacam sizə.
|
|