Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır?


Cavab

Vergilər Nazirliyinin şərhinə əsasən, ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə ƏDV-nin hesablanması həmin malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. ƏDV tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır və ödəniş hissəsinə mütənasib qaydada ƏDV-yə cəlb olunur.

Misal: "A" MMC 10.01.2020-ci il tarixdə, ƏDV də daxil olmaqla, dəyəri 11.800 manat olan məişət mallarını "B" MMC-yə satıb və müvafiq olaraq elektron qaimə-faktura təqdim edib. "B" MMC alınmış malların dəyərini mart ayında "A" MMC-nin hesabına ödəyib.

Bu halda ƏDV tutulan əməliyyatın vaxtı – ödəmənin aparıldığı vaxt, yəni mart ayı hesab olunur.

2020-01-31 | Vergilər | Baxılıb: 1519 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!