Sual - Cavab
Sual ver | Bütün suallar
Fiziki şəxsin vergi uçotundan çıxarılması
Azərbaycan vətəndaşı olan Zahid Əlimuradov fiziki şəxslərin vergi uçotundan çıxarılması haqqında yerli vergi orqanına elektron ərizə göndərərək bəyan ediləcək heç bir məlumatının olmadığını bildirib. Bu halda, onunla bağlı səyyar vergi yoxlaması keçirilə bilərmi? Fiziki şəxslərin vergi uçotundan çıxarılması haqqında göndərdiyi ərizəni ləğv edə bilərmi?
|
|
ƏDV-dən azad olunan əməliyyatlar
2020-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə əsasən, mal əti satışı ƏDV-dən azad edilib. Bəs ƏDV ödəyicisi olan şirkət eyni zamanda digər malların satışını da həyata keçirirsə, ay ərzində bütün ƏDV-ni əvəzləşdirə bilərmi?
|
|
Vergi nəzarəti tədbirləri
Müəssisə riskli vergi ödəyicisi meyarlarına uyğun gəldiyi halda, vergi orqanı tərəfindən müəssisənin fəaliyyəti üzrə əlavə vergi nəzarəti tədbirləri həyata keçirilə bilərmi?
|
|
Elektron qaimə-faktura
Şirkət təqdim etdiyi ərizə əsasında 1 yanvar 2018-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınıb. Həmin tarixdən şirkət tərəfindən aparılmış əməliyyatlara görə ƏDV-nin ödənilməsi və həmin əməliyyatların təqdim olunacaq ilk bəyannamədə əks etdirilməsi nəzərdə tutulur. Bilmək istərdik ki, həmin əməliyyatlar üzrə şirkət tərəfindən elektron qaimə-faktura da təqdim edilməlidirmi?
|
|
Pensiyaçılara əmlak vergisində güzəştlər
Mənzillərini, digər əmlaklarını sənədləşdirən vətəndaşların əmlak vergisini ödəmələri ilə bağlı müəyyən suallar yaranır. Bu suallardan biri də budur ki, Yeni Günəşli qəsəbəsində 67,9 kvadratmetr, 5 otaqlı mənzil sahibi olan təqaüdçü vətəndaş nə qədər vergi ödəməlidir?
|
|
Maliyyə sanksiyaları
Vergi Məcəlləsinin bir neçə maddəsində müxtəlif fəaliyyət növləri və hallara aid maliyyə sanksiyaları nəzərdə tutulub. Bəs Məcəllənin 57.1 və 58.1-1-ci maddələrinin əsas fərqi nədir? Nə üçün kameral vergi yoxlamasında hesablanmış əlavə məbləğ istisna təşkil edir?
|
|
Müəssisənin yenidən təşkili zamanı zəruri prosedurlar
Dövlət müəssisəsi yenidən təşkil olunduğu zaman balansın ötürülməsi və bu kimi hansı prosedurlar necə həyata keçirilir ? Rüblük qalıq hesabatlar tərtib olunub adi qaydada göndərilir? Eyni zamanda balansın ötürülməsi prosesi necə olur?
|
|
Qeydiyyat qaydaları
Hüquqi şəxsin qeydiyyatı üçün hansı sənədlər tələb olunur? Əgər təsisçi və ASAN imza olmasa, təyin ediləcək direktor adına yazılan etibarnamə ilə qeydiyyatdan keçmək mümkündürmü?
|
|
ƏDV-dən azad olunan əməliyyatlar
Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, mal əti satışı ƏDV-dən azad edilib. Bəs ƏDV ödəyicisi olan şirkət eyni zamanda digər malların satışını da həyata keçirirsə, ay ərzində bütün ƏDV-ni əvəzləşdirə bilərmi?
|
|
Elektron qaimə-faktura hansı müddətdə verilməlidir?
Elektron qaimə-faktura hansı müddətdə verilməlidir?
|
|
Kənd təsərrüfatı məhsullarının alğı-satqısının sənədləşdirilməsi
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul oluram. Bir sıra hallarda vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan kənd təsərrüfatı məhsullarının istehsalçılarından müxtəlif növ kənd təsərrüfatı məhsulları alıram. Alınmış mallar hansı qaydada sənədləşdirilməlidir?
|
|
Məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödəniş qaydaları
Hüquqi şəxsin 2020-ci ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqları üzrə borcu var. Həmin borc hüquqi şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilir. Hüquqi şəxs 2020-ci ilin 2-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqı hesablayır və müvafiq hesabatı vergi orqanına təqdim edir. Bu zaman hüquqi şəxsin şəxsi hesab vərəqəsində həm 2020-ci ilin 1-ci rübü, həm də 2-ci rüb üçün sosial sığorta haqları üzrə borcu yaranır. Hüquqi şəxs 2-ci rüb üzrə hesablanmış sosial sığorta haqqı həcmində Dövlət Sosial Müdafiə Fonduna ödəniş edir. Bu zaman həmin ödəniş əvvəlki, yəni 1-ci rübdə yaranmış borcun ödənilməsinə aid edilirmi?
|
|
Malın alğı-satqısı zamanı ƏDV əvəzləşdirmələri
Fərdi sahibkar 7 yanvar 2020-ci ildə ƏDV ödəyicisi olan müəssisədən, ƏDV də daxil olmaqla, dəyəri 118.000 manat olan avadanlıq alıb. Satıcı alıcıya malın tam dəyərinə uyğun elektron qaimə-faktura təqdim edib. Alıcının 5 fevral 2020-ci ildə aldığı malın əsas dəyərinin 50.000 manatı satıcının bank hesabına, 9.000 manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənilib. Bu halda alıcının malın, ƏDV daxil olmaqla, tam dəyərini satıcıya ödəmədiyini nəzərə alsaq, 5 fevral 2020-ci ildə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilərmi?
|
|
Topdansatış alğı-satqıda elektron qaimə-faktura nə zaman verilir?
Topdansatış fəaliyyəti ilə məşğul olan və ƏDV ödəyicisi olan müəssisə 28.12.2019-cu il tarixdə elektron qaimə-faktura əsasında dəyəri 10.000 manat olan avadanlıq satıb, lakin bu zaman elektron vergi hesab-fakturası təqdim edilməyib. Yeni dəyişikliklərə əsasən, 1 yanvar 2020-ci il tarixdən malların satışına görə yalnız elektron qaimə-faktura verilir. Bilmək istərdik ki, 28.12.2019-cu il tarixdə təqdim olunmuş mallara görə 2020-ci ilin yanvar ayında elektron vergi hesab-fakturası təqdim edilməlidirmi?
|
|
Topdansatış alğı-satqıda elektron qaimə-fakturaların verilməsi
Topdansatış fəaliyyəti ilə məşğul olan və ƏDV ödəyicisi olan müəssisə 28.12.2019-cu il tarixdə elektron qaimə-faktura əsasında dəyəri 10.000 manat olan avadanlıq satıb, lakin bu zaman elektron vergi hesab-fakturası təqdim edilməyib. Yeni dəyişikliklərə əsasən, 1 yanvar 2020-ci il tarixdən malların satışına görə yalnız elektron qaimə-faktura verilir. Bilmək istərdik ki, 28.12.2019-cu il tarixdə təqdim olunmuş mallara görə 2020-ci ilin yanvar ayında elektron vergi hesab-fakturası təqdim edilməlidirmi?
|
|
ƏDV-nin kassa metodu əsasında hesablanması
Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır?
|
|
Müharibə iştirakçılarının övladlarının vergi güzəştləri
Atası Böyük Vətən Müharibəsində döyüşərək əlil olmuş oxucumuz aylıq gəlirindən hansı məbləğdə gəlir vergisinin tutulmalı olduğunu aydınlaşdırmağı xahiş edib. O həm də bilmək istəyir ki, mövcud qayda Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi qüvvəyə minən gündən, yoxsa arayış təqdim olunan gündən icra olunur? Suala Vergilər Nazirliyi tərəfindən aydınlıq gətirilib.
|
|
Tikinti fəaliyyəti barədə məlumat
Bina tikintisi fəaliyyəti ilə məşğul olanlar vergi orqanına hansı məlumatı təqdim etməlidir?
|
|
Daşıma xidmətləri
Poçt xidməti göstərən şirkət kassa aparatı qoymalıdırmı?
|
|
Əlavə nəzarət tədbirləri
Müəssisəmiz riskli vergi ödəyicisi meyarlarına uyğun gəldiyi halda, vergi orqanı tərəfindən müəssisənin fəaliyyəti üzrə əlavə vergi nəzarəti tədbirləri həyata keçirilə bilərmi?
|
|