Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Elektron qaimə-faktura hansı müddətdə verilməlidir?


Cavab

Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsində edilmiş son dəyişikliyə əsasən, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-fakturanı malların təqdim olunması zamanı mallar göndərilən vaxt, əvvəlcədən sifariş edilməyən malların təqdim olunması zamanı malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində, habelə işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində verilir.

2020-02-15 | Vergilər | Baxılıb: 1428 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!